“Boşanmaların sürətlə artması…” – DEPUTAT NARAHATDIR

Millət vəkili Qənirə Paşayeva Ailə Akademiyası tədbirində “boşanmaların sürətlə artması cəmiyyəti ciddi narahat etməlidir”- deyib və çağırış səsləndirib.

Etikxeber.az-ın xəbərinə görə, “Aydınlığa Doğru” İctimai Birliyinin ailə ənənələrinin gücləndirilməsi və bununla bağlı hazırlanmış klipin təqdimatında çıxış edən  bildirib ki, dövlətin təməl dayaqları ailədir və güclü ailə ənənələrimizi qoruyub saxlamalıyıq.

Q.Paşayeva “çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə ailədaxili zorakılıqlar və bundan böyük əziyyət uşaqların sayı artır”-deyib:

“Biz ailədaxili zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik”.

Boşanmaların sayının artmasının bütün cəmiyyəti narahat etməli məsələ oduğunu deyən millət vəkili buna bütün bölgələrdə diqqətin daha da artırılmasına çağırıb.

Belə hallar zamanı xüsusilə də, uşaqlaırn böyük əziyyət çəkdiyini vurğulayan millət vəkili sonra “boşanmaların sayının artması hər birimizi ciddi narahat etməlidir və bu halların azalması üçün dövlət qurumları, cəmiyyət olaraq səylərimizi daha da artırmalıdır”-deyib.

Etikxeber.az

Read Previous

Fahişəliyə və qumara görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq olunacaq

Read Next

“Bu tədbirlərin bir töhfəsi də Dağlıq Qarabağ düyününün açılması olacaq”- DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir