“Boyarışnik” içkisindən zəhərlənərək ölənlərin sayı 76 nəfərə çatdı

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnik” içkisindən zəhərlənərək ölənlərin sayı 76 nəfərə çatıb.

Etikxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.

“Son iki gün ərzində xəstəxanaya metil spirtindən zəhərlənmə əlaməti ilə 2 nəfər daxil olub. Onlardan biri ölüb. Beləliklə, zəhərlənmə qurbanlarının sayı 76 nəfərə çatıb”- deyə, məlumatda bildirilir.

Məlumata  görə, ümumilikdə konsentratdan 122 nəfər zəhərlənib. 18 nəfər stasionar müalicədədir.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta “Boyarışnık” maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 16 nəfər saxlanılıb.

Etikxeber.az

Read Previous

Deputat: “Onlar birliklərini qoruyur, bir-birinə dəstək olur, mədəniyyətimizi yaşadır…”

Read Next

Əfsanəvi müğənni vəfat etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir