“Böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər” – POLİTOLOQ

“Prezident Ilham Əliyev Nazirlər Kabinetinin son toplantısında dediyi “qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər” fikri o demək deyil ki, həmsədrlər sözün həqiqi mənasında tələbi məhz bu şəkildə qoyurlar. Böyük ehtimalla tələb bu şəkildə səsləndirilir ki, “Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun”. Ancaq elə bunun özünün də prezidentin dediyi kimi “müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarə idi.

“Əskinə, təzyiq bizə var imiş. İndi Ermənistan prezidenti də rahat şəkildə cəmiyyətinə deyəcək ki, “gördüz bizə heç bir təzyiq yoxdur, bunu rəsmi Bakı da etiraf edir”. Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar”.

Etikxeber.az

Read Previous

XİN Savarş Koçaryanı diplomatiyadan uzaq komik adlandırdı

Read Next

Seçki məntəqəsində qarşıdurma baş verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir