Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Qənirə Paşayeva son günlər Yaxın Şərqdə baş verən yeni proseslərlə bağlı status paylaşıb.
Gununsesi.info millət vəkilinin “Facebook” səhifəsindəki statusunu olduğu kimi, təqdim edir
“1.Müsəlman dünyasının neçə faizi əslində nə baş verdiyinin fərqindədir?
2. Müsəlman dünyasının neçə faizi əslində hədəfdə bütün Müsəlman dünyasının olduğunun fərqindədir?
3. Bir-birinin uğursuzluğuna sevinən,başqalarının əli ilə başqa bir müsəlman ölkəsinə zərər vurub, düşmana çevrilən yoxsa bu yanaşmadan vazkeçən müsəman ölkələrinin sayı artacaq?
4. Əslində nə baş verdiyinin fərqində olsa da yaxşı oldu onlara onlar da filan vaxtı belə etmişdi deyən və hətta baş verənlərə sevinən müsəlmanların sayı artacaq yoxsa azalacaq?
Müsəlman dünyasının Böyük Oyundan xilas olub-olmayacağı bu sualların cavabındadır. Öptimist olmaq istəyirəm. Amma müsəlman ölkə fəallarının sosial şəbəkələrdə paylaşımlarına baxıram və optimizmim azalır.
Allah yardımçımız olsun! Amma unutmayaq ki, dəhşətli bir Yanğın başlayır və əgər bu yanğın böyüyərsə, bundan zərər görməyən Müsəlman ölkəsi olmayacaq.
Biri bir az az ,bir bir az daha çox. Amma hamı zərərli çıxacaq. İnşallah, “Böyük Oyun”un dəhşətlərinin fərqində olanların sayı artacaq və bunu durdurmaq üçün birlik və fəallıq güclənəcək”.
Etikxeber.az