“Böyük qayıdış”ı Milli prioritetə çevirən İlham Əliyev bu torpaqları əsl sahiblərinə qaytarmaqla bərabər, Qarabağa inkişaf və tərəqqi gətirməkdədir”-Bəhruz Məhərrəmov – MİLLƏT VƏKİLLƏRİ ALİ BAŞ KOMANDANIN QARABAĞA NÖVBƏTİ SƏFƏRİNDƏN DANIŞDILAR

Eldəniz SƏLİMOV: “…Bunun özü bir daha göstərir ki, Qələbəmiz, Zəfərimiz müvəqqəti deyil, Əbədidir…Bunun özü göstərir ki, Ali Baş Komandanın Zəfər, Qələbə yürüşü hər gün, hər an davam edir…Bunun özü göstərir ki, biz artıq Qarabağlı Azərbaycanıq, biz artıq dağlı-aranlı Qarabağa tam sahiblənmiş Vahid Azərbaycanıq…”

28 illlik işğal dönəmində ermənilər Qarabağda daşı-daş üstünə qoymayıb, əksinə abad kəndlərimizi xarabazara çevirib, talan edib. Çünki işğalın müvəqqəti olduğunu və bu ərazilərin əsl sahiblərinin qayıdacağını bilirdilər. Və bu da biz. Azərbaycan xalqı Ali Baş Komandanın qətiyyəti, Ordusunun gücü hesabına artıq tarixi ədaləti bərpa edib.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın Cəbrayıl rayonlarına səfərinə münasibətini bildirərkən deyib.

“Təsəvvür edin, işğala son qoyulmasından cəmi 3 ay keçir, lakin artıq su elektrik stansiyası istifadəyə verilib, elektrik enerjisinin ötürülməsi üçün infrastruktur qurulub, yollar salınıb, ağıllı kəndlərin salınmasına başlanıb, 7 min hektar ərazidə payızlıq əkin aparılıb, 2021-ci ildə əkin sahələri daha 3,5 dəfə artırılacaq.

“Böyük qayıdış”ı gələcək 10 il üzrə Milli prioritetə çevirən Cənab İlham Əliyev bu torpaqları əsl sahiblərinə qaytarmaqla bərabər, Qarabağa inkişaf və tərəqqi gətirməkdədir”-deyə, o, əlavə edib.

“Biz Qarabağımıza artıq elə sahiblənirik, elə sahiblənmişik ki, onu bizdən kimsə və kimsə ayıra, qopara bilməz və bilməyəcək…”

Millət vəkili Eldəniz Səlimov isə ölkə Prezidenti və Birinci vitse-prezidentin işğaldan azad olunmuş ərazilərə, Qarabağa növbəti səfətini tarixi hadisə, növbəti mənəvi Qələbə adlandırıb.

Qeyd edib ki, Qarabağın, Füzuli, Cəbrayıl, Zəngilan və Lacının işğaldan azad olunmasından 3 ay-3 ay yarım keçir, amma Ali Baş Komandan və onun ən yaxın silahdaşı Birinci xanım bu qısa zaman kəsiyində həmin ərazilərə 4-cü səfərini gerçəkləşdirir.

“Cəmi 3 ay-3 ay yarım ərzində 4-cü səfər…Bu, səfər deyil təkcə, bu, həm də tarixi “Böyük qayıdış”dır, bu, növbəti Qələbədir, bu, növbəti Zəfərdir…Düşmənə, onun qanlı havadarlarına vurulan növbəti sarsıdıcı, ölümcül Zərbədir, növbəti Dərs, növbəti qəhrəmanlıq Dastanıdır…44 günlük tarixi İkinci Vətən Müharibəsi, möhtəşəm Qələbə, möhtəşəm Zəfər ilə 32 illik qanlı münaqişəyə son qoymuş Ali Baş Komandanın Zəfər ardınca Zəfəri, Qələbə dalınca Qələbəsidir…Bunun özü bir daha göstərir ki, Qələbəmiz, Zəfərimiz müvəqqəti deyil, Əbədidir…Bunun özü göstərir ki, Ali Baş Komandanın Zəfər, Qələbə yürüşü hər gün, hər an davam edir…Bunun özü göstərir ki, biz artlq Qarabağlı Azərbaycanıq, biz artıq dağlı-aranlı Qarabağa tam sahiblənmiş Vahid Azərbaycanıq…

Onu bizdən bir daha almaq, ürəyimizdən, köksümüzdən qoparmaq mümkün olmayacaq, mümkün olan deyil…Biz Qarabağımıza artıq elə sahiblənirik, elə sahiblənmişik ki, onu bizdən kimsə və kimsə ayıra, qopara bilməz və bilməyəcək…Buna Ali Baş Komandan imkan verməyəcək, buna rəşadətli Azərbaycan Ordusu imkan verməyəcək, buna İgid, Qəhrəman Azərbaycan Əsgəri imkan verməyəcək, buna “Dəmir Yumruq”lu Azərbaycan dövləti və Azərbaycan xalqı imkan verməyəcək…Qarabağ bu gün heç zaman olmadığı qədər bizimdir, bizimkidir, qanuni, əzəli, əbədi sahiblərinindir…Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər, bağçalar və ali məktəblərin fəaliyyəti-BƏRPA OLUNDU

Read Next

75 gün öncə işğaldan azad olunmuş Laçında-“GÜLƏBİRD” SES İSTİFADƏYƏ VERİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir