“Böyük uğurlara doğru getməyin zamanıdır…”- TANINMIŞ JURNALİST “SPACE”-DƏN GETDİ

10 il əvvəl böyük həvəs və sevgi ilə Space televiziyasında işə başladım. Bu kanal mənə doğma ailə oldu. 10 ildə evimdən, doğmalarımdan çox Space ailəsinə vaxt ayırdım. Bu müddətdə cəmiyyət üçün vacib və maraqlı olan mövzularda süjetlərimlə tamaşaçıları maarifləndirməyə çalışdım.

Etikxeber.az xəbər verir ki, bunu “Space”-nin keçmiş əməkdaşı, tanınmış telejurnalist Fərqanə Səfər deyib.

“İsti-soyuq, gündüz-gecə bilmədən tamaşaçıya xəbər çatdırdıq. Peşəkarlardan öyrəndik və öyrətdik. Space TV mənə özümü jurnalist kimi təsdiqləmək üçün əsl meydan oldu. 10 il bu məktəbdə öyrəndim, dərs aldım və nəticə çıxardım. Bu kanal mənə sadəcə iş yeri deyildi, ailəm, evim, bir sözlə zəncirvari bağlılığım olan məkan idi. Space TV mənə təkcə peşəkar televiziya işçisi olmağı yox, həm də insanları tanımağı öyrətdi. İndi yaxşını pisdən ayıra bildiyim üçün, məhz orda formalaşan kollektivə borcluyam”-deyə, qeyd edən F. Səfərin sözlərinə görə, yaxşı ki, yolu buradan keçib.

farqana

“Rəhbərliyin mənə göstərdiyi etimad sayəsində həm müxbir, həm aparıcı kimi fəaliyyət göstərdiyim, 10 il eyni həvəslə əmək sərf etdiyim, şərəflə, ləyaqətlə, zəhmətlə çalışdığım doğma məkan – Space kanalı ilə bu gündən yolları ayırdıq. Space mənim üçün doğma olub, doğmadır və belə də qalacaq. Amma indi yeni təkliflər, daha böyük uğurlara doğru getməyin zamanıdır…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu gün bizi bir problem narahat edir ki…” – ZİYAFƏT ƏSGƏROV

Read Next

Leyla Əliyeva doğum günündə uşaqlarla rəqs etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir