“Böyüklərimizin böyük xidmətləri qarşısında borcumuz sonsuzdur… Nə etsək, nə desək yenə azdır…”-MİLLİ MƏCLİSİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ – FOTOLAR – YENİLƏNİB – FOTOLAR

22 Iyul Azərbaycan Milli Mətbuatının 146 illiyi münasibəti ilə “Həsən Bəy Zərdabi İrs Mərkəzi”nin həmtəsisçiləri – millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva, Həsən Bəy Zərdabi nəslinin nümayəndəsi, iqtisadçı alim Nüsrət Məlikov, Mərkəzin sədri, gənc ictimai fəal Seymur Bayramov, Milli Məclisin deputatları əslən Zərdab rayonundan olan Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov və deputat köməkçisi Firdovsi Eyvazov Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın, ictimai xadim, ziyalı, maarifçi-publisist, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabinin məzarını ziyarət edərək gül dəstələri qoymuş və xatirələrini xüsusi ehtiramla yad ediblər.

Etikxeber.az xəbər verir ki, Mərkəz yarandığı qısa müddət ərzində görkəmli şəxsiyyət, milli mətbuatın banisi Həsən bəy Zərdabinin zəngin irsinin qorunması və bu irsin gələcək nəsillərə sağlam bir şəkildə ötürülməsi məqsədi ilə uğurlu layihələr həyata keçirməkdədir.

Mərkəzdən bildirilib ki, Azərbaycan müstəqillik qazanandan sonra Həsən bəy Zərdabinin ağır sınaq və maneələrlə keçən keşməkeşli həyat yoluna maraq və diqqət artmış, onun əvəzsiz əsərləri, bütün yaradıcılığının daha dərindən araşdırılması üçün əhəmiyyətli addımlar atılıb.

Belə ki, Ümummilli lider Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə “Əkinçi”nin 125 illiyinin və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2005-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin, 10 iyun 2010-cu il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin, eyni zamanda 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən, Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, təkcə ölkəmiz üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün böyük bir bayrama çevrilib.

Bu yüksək səviyyəli tədbirlər böyük qədirbilənlikdən xəbər verdiyi kimi, “Əkinçi” qəzetinin naşiri, redaktoru, milli mətbuatımızın, milli teatrımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ensiklopedik bilik sahibi, millətin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim Həsən bəy Zərdabiyə ölkəsinin və xalqının verdiyi dəyərin, mədəni irsimizə olan ehtiramın bariz nümunəsidir.

“Böyüklərimizin böyük xidmətləri qarşısında borcumuz sonsuzdur… Nə etsək, nə desək yenə azdır… Ruhun şad olsun, böyük Ustad!”

Bunu isə Jalə Əliyeva bildirib.

***

Eyni zamanda qeyd edək ki, Jalə Əliyeva bir qrup jurnalisti 44 günlük Vətən müharibəsi dönəmində informasiya məkanında fəallığına görə və Milli Mətbuat günü münasibətilə Fəxri Fərmanla mükafatlandırıb.

Belə ki, 22 iyul tarixində ustad Həsən bəy Zərdabinin doğma yurdunda- Zərdabda baş tutan tədbirdə əslən Zərdablı olan, rayonun və ölkənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup jurnalist – “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov, qocaman jurnalist Mirağa Bağırov, “Zerdab.com” saytının baş redaktoru Nicat İntiqam, “Saat 24.az” saytının baş redaktoru Coşqun Abdullayev, “Qanunla.az” saytının baş redaktor müavini Vüqar Rəhimov və saytın əməkdaşı Süleyman Tanrıverdi, “Avropainfo” saytının baş redaktoru Ruslan Bəşirli və saytın müxbiri Şirvani Hümmətoğlu, müstəqil jurnalist Jalə Mütəllimova Seyidli mükafatlandırılıblar

Tədbirdə çıxış edən Jalə Əliyeva böyük zəfərlə başa vurduğumuz şanlı müharibə günlərində dövlətlə və orduyla birlikdə göstərdiyimiz həmrəyliyin, nümayiş etdirdiyimiz vəhdətin əhəmiyyətindən danışıb, ölkəmiz üçün vacib olan taleyüklü məsələlərin həlli zamanı kimliyindən, siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq hər bir vətəndaşın bir amal-bütöv, sarsılmaz, güclü Azərbaycan uğrunda birləşməsinin vacibliyini vurğulaylb.

Görüş iştirakçıları əməklərinə verilən qiymətə görə təşəkkür ediblər, rayonun və ölkənin inkişafı naminə dövlətçilik ənənələrinə bundan sonra da hər zaman sadiq qalacaqlarını ifadə ediblər. Mükafatlandırma mərasimi Yeni Azərbaycan Partiyasının Zərdab şöbəsində təşkil edilib.

Görüşdə YAP Zərdab şöbəsinin sədri, Zərdab rayon İcra Hakimiyəti Başçısının müavini Pərvin xanım Mahmudova iştirak və çıxış edib.

Etikxeber.az

Read Previous

İnnovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıq…-FUAD HEYDƏR YAZIR

Read Next

Hələ də laqeydlik və biganəliklə qarşılaşan Birinci Qarabağ Savaşı iştirakçıları…2 il vuruşmuş, yaralanmış Habil Yusifovun-HAQQINI TANIYAN, BƏRPA EDƏN OLACAQMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir