“Bozqurd” ləqəbli Əfsanəvi Xüsusi Təyinatlı, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı- AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALMIŞ “QARABAĞ” ORDENLİ ŞƏHRİYAR NƏSİB OĞLU QULİYEV… – FOTOLAR

Şəhriyar Nəsib oğlu Quliyev…

Əfsanəvi Xüsusi Təyinatlı,  Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Xüsusi əməliyyatlar taborunun Giziri…

Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidlərindən, Vətən sevdalılarımızdan, Qəhrəmanlıq dastanı yazan İgidlərimizdən biri…

Səhriyar Quliyev 1990-cı ilin 25 may tarixində Ağdam rayonunun Xaçındərbətli kəndində dünyaya gəlib…

Ağdamın işğalından sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər…

Sumqayıt şəhərində böyüyüb boya-başa çatıb, təhsil alıb…

Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub…

Orta məktəbi bitirdikdən, Əsgərliyə getdikdən sonra həyatını birdəfəlik Ordu, hərb ilə bağlayıb…

Şəhidliyinə qədər 13 ilin peşəkar hərbçisi olub…

Aprel döyüşlərində iştirak edib, qəhrəmanlıqlar göstərib…

Aprel döyüşləri zamanı Milli Qəhrəman Samid İmanovun cənazəsini-nəşini könüllü olaraq,  bir neçə döyüş yoldaşı ilə birlikdə neytral ərazidən çıxarıb…

Bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb, Vətəninin müdafiəsinə qalxıb…

Şərəfli döyüş yolu 27 gün çəkib…

Çevikliyinə, qorxmazlığına görə döyüş yoldaşları ona “Bozqurd” ləqəbi veriblər…

Cəbrayılı, Füzuli, Hadrut, Xocavənd və Qubadlıyacan şərəfli döyüş yolu keçib…

Adları çəkilən bölgələrin düşmən işğalından azad olunmasında iştirak edib, bir sıra qəhrəmanlıqlar imza atıb…

Oktyabr ayının 23-də iki döyüş yoldaşını döyüş meydanından çıxarıb Qubadlı istiqamətində…

Və yenidən döyüş meydanına qayıdan zanan qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabr ayının 24-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Həm can dostu, həm də döyüş yoldaşı olan digər Əfsanəvi Xüsusi Təyinatlı, “Vətən Müharibəsi Qəhrəmanı” Sübhan Cəbrayılovla yan-yana dəfn olunub…

Şəhidliyindən əvvəl “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, Şəhidliyindən sonra isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və ali ordenlərimizdən olan “Qarabağ” ordeni ilə təltif olunub…

Şəhidimiz həm də ailəli idi…

İki oğlan övladı-Camal və Ramalı ailəsinə, Vətəninə əmanət qalıb…

Torpağı sanı yaşasınlar, ruhu köməkləri olsun!

***

Dünən, 12 mart tarixində Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Abdulla Əhmədovla Rüfət Mustafayevin Cənnətdəki üçüncü doğum günü ilə bağlı təşkil edilən mərasimə qatılanlar arasında Şəhidimizin-Şəhriyar Quliyev anası Xalidə xanım da var idi…

Mərasim zamanı Xalidə xanımla görüşdüm, onunla qısa da olsa, söhbətləşdim…

Özünə, ailəsinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Əfsanəvi Xüsusi Təyinatlılarımız, Şəhriyar kimi Vətən sevdalılarımız da daxil olmaqla, Şəhidlərimizi unutmağa haqqım, haqqımız olmadığını dilə gətirdim…

Bəli, bugünümüzə, dinclik və əmin-amanlığımıza, Vətən torpaqlarına rahat şəkildə ayaq  basdığımıza görə məhz Şəhriyar kimi Qəhrəmanlarımıza, İgidlərimizə, cəmi Şəhidlərimizə borcluyuq…

Və bir ömür boyu da Onlara, Şəhriyalara olan borcumuz ödənməyəcək, tükənməyəcək!

Hər zaman qəlbimizdə, ürəyimizdədirlər!

Azərbaycan var olduqca, Onlar da var olacaq, mənən, ruhən yaşayacaqlar!

Ruhu qarşısında, ruhları qarşısında bir daha baş əyirəm, baş əyirik!

Nur içində yatsın, Nur içində uyusunlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı-BİRGƏ MƏLUMAT YAYILDI

Read Next

DİN-dən Saatlıdakı aksiyaya münasibət-AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir