Braziliya 9-cu dəfə Amerika kubokunu qazandı, ABŞ 4-cü dəfə dünya çempionu oldu – FOTOLAR

Braziliyada keçirilən futbol üzrə Amerika kubokunun final görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, turnirin həlledici görüşündə Braziliya millisi Peru yığmasını qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş braziliyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk hesabı Braziliya seçməsi açıb. Matçın 15-ci dəqiqəsində Everton fərqlənib. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Peru hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Xose Paolo dəqiq yerinə yetirib. İlk hissəyə əlavə edilən dəqiqələrdə Braziliyanın oyunçusu Qabriel Jesus komandasını yenidən irəli çıxarıb.

Fasilədən sonra qarşılaşmanın 70-ci dəqiqəsində Braziliya millisinin heyətində fərqlənən Qabriyel Jesus ikinci sarı vərəqəsini alaraq meydanı tərk edib. Buna baxmayaraq Braziliya millisi görüşün 90-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Riçarlison 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub.

Beləliklə, Braziliya yığması tarixində doqquzuncu dəfə Amerika kubokunun qalibi olub.

Eyni zamanda, qeyd edək ki, Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının finalında Hollandiya seçməsinə 2:0 hesabı ilə qalib gələn ABŞ yığması dördüncü dəfə dünya çempionu adına sahib olub.

Lion şəhərində oynanılan görüşdə hər iki qol matçın ikinci hissəsində vurulub. Qarşılaşmanın 61-ci dəqiqəsində Rapino (11 metrlik cərimə zərbəsi), 69-cu dəqiqəsində isə Lavelle fərqləniblər.

Bununla da amerikalı qadın futbolçular ardıcıl ikinci, ümumilikdə isə dördüncü dəfə dünya çempionu tituluna sahib olublar. Dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub etmişdi.

Bu qələbə ilə ABŞ yığması ən çox dünya çempionu olan komanda titulunu daha da möhkəmləndirib. Qadın futbolçular arasında 1991-ci ildən keçirilən dünya çempionatlarında ABŞ-dan sonra kuboku ən çox qazanan komanda Almaniya millisidir. Almaniyalı qadın futbolçular iki dəfə çempion olublar. Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.

Qeyd edək ki, Fransada keçirilən səkkizinci dünya çempionatında 24 komanda altı qrupda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə isə İsveç yığması İngiltərə millisinə 2:1 hesabı ilə qalib gəlib.

brazilllllll

brazilllllll-1

qalibbbbbb

Etikxeber.az

 

Read Previous

“Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi – KARLSEN

Read Next

UNESKO-nun qədim Şəkinin adına layiq qərarı… – ƏLİ MƏSİMLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir