Braziliyanı udan Xorvatiya millisi dünya çempionatının-YARIMFİNAL MƏRHƏLƏSİNDƏ

Futbol üzrə Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Etikxeber.az xəbər verir ki, turnirin dörddəbir final mərhələsi çərçivəsində Xorvatiya millisi Braziliya ilə qarşılaşıb.

“Education City” stadionunda oynanılan matçda hesab açılmayıb. Qarşılaşmada qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb.

Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər -1:1. Matçın 106-cı dəqiqəsində braziliyalı futbolçu Neynar, 117-ci dəqiqədə rəqib komandadan Bruno Petkoviç fərqləniblər. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penalti seriyası təyin edilib. Zərbələri dəqiq yerinə yetirən Xorvatiya millisi mərhələ adlayıb – 4:2.

Bu gün dörddəbir final mərhələsi çərçivəsində Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq.

“Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq.

Görüşlər dekabrın 10-da oynanılacaq.

Etikxeber.az

Read Previous

Cənnətdəki üçün doğum günü, 22 yaşı tamam olan tək övlad-Emil Əmirov və ailənin 3 övladından biri, 10 dekabrda Anım Günü olacaq-Ərzuman Osmanov – BƏRDƏLİ ŞƏHİD ANASI İLƏ HƏR İKİ ŞƏHİDİN AİLƏSİ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 53 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir