Brüssel səfəri hər mənada Azərbaycanın zəfəri oldu – DEPUTATLAR- RƏYLƏR

“Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir”.

Bu fikri Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

avro-ilya

nato-ilya-erdo

ER-İLYA

natoooooo

S.Fətəliyeva bildirib ki, səfər zamanı prezidentin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə aparılan müzakirələr, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

O, deyib ki, prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşündə “Tərəfdaşlıq prioritetləri” sənədi yüksək qiymətləndirilib. Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağı qeyd olunub:

SEVINNNNC-1

“Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Ümumiyyətlə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir”.

Deputat qeyd edib ki, səfər zamanı, həmçinin dövlətimizin başçısı bir sıra ikitərəfli görüşlər keçirib, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Məlumdur ki, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir:

“Azərbaycanın istəyi ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəallıq göstərsin. Çünki hər iki təşkilat dünyada böyük nüfuza sahibdir və Ermənistanın işğalçı siyasətinə son qoyulmasında vacib rol oynamaq imkanına malikdirlər. Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər. Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir”.

Millət vəkili, politoloq Sahib Alıyev də prezidentin Brüssel səfərini, onun nəticələrini müsbət qiymətləndirib.

sahib_aliyev_054_436

O, qeyd edib ki, bu səfər həm Azərbaycanı istəməyən daxili və xarici qüvvələrə, həm də işğalçı Ermənistana böyük zərbə sayıla bilər.

“Elə hesab edirəm ki, ölkəmizdə qarışıqlıq salmağa və buna yüz il öncə Azərbaycanın müstəqilliyinin elan edildiyi qədim Gəncəmizdən başlamağa çalışan qüvvələrə və onların qulluğunda duran şərəfsizlərə ən sarsıdıcı cavab Azərbaycan prezidenti cənab İlham Əliyevin Brüsselə uğurlu səfəri oldu. NATO sammitində torpaq bütünlüyümüzün dəstəklənməsi, Avropa Birliyiylə imzalanan strateji sənəddə bu qurumun da eyni mövqe sərgiləməsi onu göstərdi ki, kimsə Azərbaycanı öz yolundan döndərə, zülmətə qərq edə bilməyəcək.
Əmin-amanlığımıza qarşı yönələn cəhdlərin qarşısını qətiyyətlə alan güc strukturlarımızı alqışlayır, şəhid polislərimizə rəhmət diləyir, dövlətimin düşmənlərinə nifrətimi bildirir, onlara qulluq edənləri lənətləyirəm!”-deyə, S. Alıyev sözlərinə əlavə edib.

Digər həmkarları kimi millət vəkili Eldəniz Səlimov da hesab edir ki, ölkə prezidentin Brüsselə səfəri, orada keçirdiyi yüksək səviyyəli görüşlər, Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi böyük tarixi hadisə və uğurdur.

eldeniz salimovvv

Millət vəkili bildirib ki, səfər ərəfəsində Azərbaycanda bəzi narahatlıq doğuran məsələlər, gərginliklər yaşandı, amma ölkə prezidenti Brüsselə səfər etməklə və NATO-nun tədbirinə qatılmaqla bir daha bəyan etmiş oldu ki, Azərbaycan güclü dövlətdir, onu hansısa cəhdlərlə, məkrli planlarla yolundan döndərmək mümkün deyil, Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi var və bu birliyin pozulmasına yönələn bütün cəhdlər də iflasa məhkumdur.

E. Səlimovun fikrincə, bu səfər və onun nəticələri Azərbaycanın və dövlət başçısının düşmənlərimiz, bədxahlarımız üzərində növbəti zəfəri, daha bir parlaq mənəvi qələbəsi oldu:

“Dövlət başsının son Avropa səfəri bir daha göstərdi və hər kəsə nümayiş etdirdi ki, Qafqazda əsas söz sahibi hansı ölkədir, hansı liderdir. Yəni, prezidentin ən yüksək səviyyədə xüsusi diqqətlə qarşılanması, istər Avropa İttifaqı, istərsə də NATO çərçivəsində ayrı-ayrı tanınmış dünya siyasətçilərinin məhz onunla görüşə can atması bunu bir daha təsdiqləmiş oldu. Dövlərt rəhbərimiz həm Avropa və dünya səviyyəli siyasət adamı olmasıyla, həm də ölkəsinin, xalqının mənafelərinə söykənən siyasət aparması ilə bu hörməti və diqqəti qazanıb. Onun öz dövlətini ləyaqətlə təmsil etməsi, Azərbaycanın maraqlarını heç bir tərəfin maraqlarına güzəştə getməməsi barəsində yüksək rəyin formalaşmasına səbəb olub. Avropa liderləri birmənalı şəkildə əmindirlər ki, Prezident İlham Əliyevin başçılıq etdiyi bir ölkə ilə arxayın və əmin bir durumda işbirliyi edə bilərlər. Bu imicin qazanılması, əlbəttə ki, İlham Əliyevin etibarlı tərəfdaş, çox uzaqgörən və müdrik siyasət, dövlət adamı olmasından irəli gəlir. Bu gün dünyaya onun təhlükəsizliyi, rifahı, inkişafı üçün məhz İlham Əliyev kimi etibarlı, müdrik dövlət və siyasət adamı, onunla bərabərhüquqlu səviyyədə münasibətlərin, işbirliklərinin qurulması lazımdır. Əks halda, heç nə mümkün deyil. Çünki Azərbaycan dövləti və onun lideri zoru, təhdidi, təzyiqi sevmir, qəbul etmir və etməyəcək də. Azərbaycanı, onun dövlət rəhbərini artıq kiminləsə səhv salmasınlar”.

Millət vəkili eyni zamanda deyib ki, səfər, orada keçirilən görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, bu yöndə müsbət mesajların verilməsi, nəhayət, Ermənistan-Azərbaycan münaqişəsinin də ədalətli həllinə öz müsbət töhfəsini verə bilər və verəcək:

“Bu münaqişə artıq öz ədalətli həllini tapmalıdır. Artıq bütün oyunlara, yalançı vədlərə, ikili standartlara son qoyulmalıdır. Sözdən əməli işə keçilməli, Ermənistanın işğaldan çəkindirilməsinə, yerində oturdullmasına, etdiklərinə görə, cavab verməsinə və cəzalandırılmasına, haqq-ədalətin tam bərqərar olunmasına nail olunmalıdır. Azərbycanın, dövlər rəhbərinin bu məsələdə güzəştsiz mövqeyi də oratadır və bu mövqedədən də bir addım olsun, geri çəkilməyəyəcək. Ona görə də artıq beynəlxalq qurumlar, beynəlxalq güclər, vasitəçilər öz məsuliyyətlərini dərk etməli, sözdən hərəkətə keçməlidirlər”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Neftçi” – “Uypeşt” oyunu da başladı: 3:1 – YENİLƏNİB – (1)

Read Next

NATO VƏ AVROPA BİRLİYİ QARABAĞA BAKIDAN BAXIR – Deputat yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir