Brüsseldə İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyan ilə nahar əsnasında birgə-GÖRÜŞÜ OLDU, ERMƏNİSTAN ÖZ ÖHDƏLİYİNİ TƏSDİQ ETDİ – FOTOLAR – YENİLƏNİB

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

22:22, 14 dekabr

***

Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər.

Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.

Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib.

Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcəkdir.

Görüşün nəticəsi olaraq Avropa İttifaqı Komissiyasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib.

Etikxeber.az

Read Previous

“Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

UEFA-dan “Qarabağ”la bağlı-NÖVBƏTİ PAYLAŞIM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir