BŞİH Konstitusiya Məhkəməsi qarşısında-PİKETƏ İCAZƏ VERMƏDİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mili Məclisə növbədənkənar seçkilərdə qeydiyyatdan keçmiş bir qrup namizədin təşəbbüs qrupu adından Bəxtiyar Hacıyevin piket keçirməklə bağlı müraciətinə cavab verib.

Etikxeber.az xəbərinə görə, cavabda qeyd edilib ki, namizədlərin təşəbbüs qrupunun 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciəti “Sərbəst toplaşmaq azadlığı” haqqında  qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermir:

“Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənələşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrinlə seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək yox, aidiyyatı üzrə müraciət etmək tövsiyə olunur. Qeyd olunanla əlaqədar planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etmirik”.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2 mart tarixində Bakı Şəhər İcra Hakimiyyətinə 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciət edib.

Etikxeber.az

Read Previous

“Prezidentimiz bir daha göstərdi ki, daim Azərbaycan insanını düşünür…” – MİLLƏT VƏKİLİ

Read Next

Baş Prokurorluqdan sayt rəhbərinə-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir