BŞTİ-yə 15 526 müraciət daxil olub – SENTYABRDA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin sentyabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 15 526 müraciət daxil olub.

Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 347 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 8 760 vətəndaş müraciəti daxil olub. 351 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 4 223 sənəd (vətəndaşlar tərəfindən 1 629 ərizə, Təhsil Nazirliyindən 645, digər qurumlardan 154, məktəblərdən 1 578 məktub, 58 strukturdaxili yazışma və 159 kadr ərizəsi)  qəbul olunub  və qeydiyyata alınıb. Həmçinin 845 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, şagirdlərin elektron yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Etikxeber.az

Read Previous

Azərbaycan-İran sərhədində 3 sərhəd pozucusu öldürüldü – RƏSMİ MƏLUMAT YAYILDI

Read Next

Bakı-Mahaçqala qatarı sadələşdirilmiş gömrük proseduru ilə İŞLƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir