“Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq”-XİN RƏSMİSİ

Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.

Etikxeber.az məlumat verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Bildirib ki, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır.

 “Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Xatirimizdədir, sevgi ilə anırıq”-MEHRİBAN ƏLİYEVA

Read Next

Bir qrup incəsənət və mədəniyyət xadiminə Prezident mükafatı və fərdi təqaüd veriləcək-SƏRƏNCAMLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir