“Bu əsrdə müharibə müraciət ediləcək ən son vasitədir… Diplomatiya isə yaranan siyasi şişkinliyi sağaldacaq ən effektiv vasitə…”-GƏNC POLİTOLOQUN NÖQTEYİ-NƏZƏRİ

Azərbaycanın iqtisadi, hərbi inkişafı bölgədə güc balansını “pozur”.

Bu, bizim milli məsələmizdir. Biz inkişaf edirik, bizim təsirimiz ilə Gürcüstan.

Hər iki dövlətə nəzərən isə Ermənistan öz məkrli siyasətinə görə, bölgədə iqtisadi izolyasyadadır. Yəni, reallaşdırılan proqramlardan, layihələrdən uzaqdır.

Məhz Ermənistanın Azərbaycan ilə güc balansını tarazlaması “təbii” bir haldır ki, bunun üçün hər iyrənc yola əl atır.

Əgər, Azərbaycan ilə iqtisadi-hərbi balansı yaxalaya bilməsə, atacağı ilk yol lokal münaqişə yaratmaq, sabotaj, kəşfiyyat addımları atmaq olacaq.

Bu hal əlbəttə, təkbətək bizə sərf edəndir, amma kənar qüvvələri müdaxiləsi və ya yaradılan müvəqqəti ittifaqlar, çıxa biləcək hər hansı lokal müharibəni, böyük müharibəyə çevirə bilər.

Bu isə Cənubi Qafqazın iqtisadi potensialı baxımından arzuolunan deyil.

Çünki icra olunan proyektlər çətinliklərlə, dırnaqla qazınaraq əldə edilib.

Bölgədə enerji boruları-kəmərləri var ki, hər hansı bir təhlükə olarsa, əsas neft və qaz istehlakçıları enerjini qorumaq üçün bölgəyə ordu yeridə bilərlər.

Bu isə dövlətimizin suverenliyi və enerji təhlükəsizliyi baxımından arzuolunan deyil.

Məsələnin həlli necə olmalıdır?

Diplomatik görüşlərlə, amma bu diplomatik görüşləri təşkil edəcək bir bazis lazımdır.

Bu bazis, 1. Minsk qrupunun tərkibinə yenidən baxmaq və Türkiyənin əlavə edilməsi ilə.

2. Erməni tərəfinin, sadəcə, öz dövlət ərazisinə hərbi dəstək yığması

3. Beynəlxalq qanunlarla təsdiq edilən, Azərbaycan ərazisinə tabe olan Dağlıq Qarabağa miqrativ köçlərin dayandırılması

4. Danışıqları başladacaq, inam yaradacaq qərar və hərəkətlərin icrası.

XXI əsrdə müharibə müraciət ediləcək ən son vasitədir.

Diplomatiya isə yaranan siyasi şişkinliyi sağaldacaq ən effektiv vasitə.

Yadigar NAĞIYEV,

Siyasi-İctimai mütəxəssis

Etikxeber.az

Read Previous

“Azərbaycan tarixi nə demokratiya, nə siyasi pluralizm, nə də söz azadlığı dərsi deyil ki, kim nə istəyir, necə istəyir yazsın və ya desin…”-MİLLƏT VƏKİLİNDƏN TARİXÇİLƏRƏ CİDDİ VƏ HAQLI İRAD

Read Next

Ermənistana məxsus daha bir PUA-MƏHV EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir