Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb.
Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.
M. Pənahov bildirib ki, Seçki Məcəlləsinə görə, daxil olan şikayətlərə dərhal baxılır: “Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur”.
“Ölmüş şəxslərin yerinə səs verilməsi ilə bağlı faktlar MSK-ya təqdim edilsin”.
Bunu da M. Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, həmin şəxslərin adı MSK-ya təqdim edilməlidir:
“Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi”.
Etikxeber.az