“Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz…Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”-İLHAM ƏLİYEV – YENİLƏNİB

Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Twitter hesabında yazıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib.

Prezident qeyd edib ki, ümumilikdə son iki həftə ərzində Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb:

“Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir”.

Dövlət başçısı bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır:

“Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”

***

“Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür”.

Bu barədə də Azərbaycan Prezidenti öz Twitter hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

Etikxeber.az

Read Previous

“Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı cinayət işi başlanıb”-KAMRAN ƏLİYEV – RƏSMİLƏR GƏNCƏDƏDİR – YENİLƏNİB – (3)

Read Next

Düşmənə məxsus növbəti PUA məhv edildi-DÜŞMƏNƏ NÖVBƏTİ ZƏRBƏ VURULDU, TƏRTƏR, AĞDAM, AĞCABƏDİ VƏ FÜZULİ YENİDƏN ATƏŞƏ TUTULDU – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir