“Bu ali məqsədə çatmaq…” – AYDIN MİRZƏZADƏ

Cənab Prezidentin dili ilə Azərbaycan dövlətinin əsas məqsədinin xalqa xidmət göstərmək olduğu bir daha səsləndirildi.

Etikxeber.az  xəbər verir ki, bunu mətbuata açıqlamasında deputat Aydın Mirzəzadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı barədə danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün dövlətimizin müstəqilliyinin qorunması, cəmiyyətimizin hərtərəfli və yüksələn templə inkişafı, stabillik, eyni zamanda əmin-amanlıq olması üçün Azərbaycan dövlətçiliyinin möhkəm ayaq üstə durması lazımdır:

iclas-2019-1

aydinnn

“Bu ali məqsədə çatmaq, yalnız xalqın dəstəyi, vətəndaşın öz hakimiyyətinə inamı ilə baş verir. Qeyd edim ki, Ulu öndər Heydər Əliyevin dövründən başladılan və indiki Prezident tərəfindən davam etdirilən siyasi xətt Azərbaycanın hər bir vətəndaşının marağına cavab verdiyinə görə xalq tərəfindən birmənalı şəkildə dəstəklənir. Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində özünün bu gününün və sabahının təminatını, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasını, ölkəmizdə hüquqi və demokratik dövlətin qurulduğunu hiss edir. Bu, xalqın marağına cavab verdiyi üçün hər bir vətəndaş daim ölkə başçısının, həmçinin dövlətinin yanındadır və onun apardığı siyasəti birmənalı olaraq dəstəkləyir”.

Etikxeber.az

Read Previous

İlham Əliyev Rodolfo Nin Novoa və Mixail Mirilaşvilini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“İslahatlar çox gərgin, gündəlik iş, zəhmət tələb edən bir məsələdir” – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir