Bu, Allaha da xoş gedər, bəndəyə də… – JALƏ ƏLİYEVA

Çıxışıma cənab prezidentin rəhbərliyi ilə 9 iyul 2018-ci ildə keçirilmiş Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyevin nitqindən bir hissə ilə başlamaq istəyirəm: “Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik. Bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik”.Müzakirə etməkdə olduğumuz büdcə layihəsi də həm düşünülmüş siyasətin, həm güclü iradənin, həm də eyni zamanda güclü iqtisadiyyatın aynası kimi qiymətləndirilməlidir. Çoxsaylı çıxışlardan və müzakirələrdən gəlinən nəticə budur ki, büdcə layihəsi real proqnozlara əsaslanaraq hazırlanmış, əhəmiyyətli bir sənəddir.

Etikxeber.az xəbər verir ki, bunu parlament komitələrinin büdcə müzakirələrində millət vəkili, professor Jalə Əliyeva deyib.

O, qeyd edib ki, büdcə layihəsində bütün sahələrə ötən illərlə müqayisədə daha çox vəsait ayrılması, əlbəttə ki, sevindiricidir və bu göstərici ümumilikdə ölkənin iqtisadi gücünün sübutudur.

Onun sözlərinə görə, eləcə də, ölkədə hökm sürən ictimai, iqtisadi, siyasi sabitliyin, eyni zamanda, maliyyə sabitliyinin göstəricisidir:

“Biz bu layihəni dəstəkləməklə birlikdə bugünkü müzakirənin bir neçə sahəsi üzrə təkliflərimizi də səsləndirməyi vacib bilirik. Mədəniyyət sahəsinə də digər sahələrdə olduğu kimi, ötən ilə nəzərən daha çox vəsait ayrılmasına baxmayaraq, düşünürük ki, bu vəsait dövlət mədəniyyət siyasətinin tam gücü ilə həyata keçirilməsi üçün kifayət deyil. Bir az əvvəl də qeyd edildi, xüsusilə, film yaradıcılığında keyfiyyətin artırılması, dünya səviyyəli filmlərin istehsal edilməsi üçün büdcədən daha samballı vəsait ayrılmasına ehtiyac var.

jala

Tibb sashəsi ilə bağlı icbari-tibbi sığortanın bütün ölkədə tətbiq edilməsi işinin sürətləndirilməsinə ehtiyac var. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə güzəştli ipotekaların sadəcə dövlət qulluqçularına deyil, eyni zamanda, müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcı şəxslərə də şamil edilməsini xahiş edirik.

İnternat məktəblərindən məzun olan gənclərin ev və işlə təmin olunmasını nəzər tutan layihələrə vəsait ayrılması əhəmiyyətli, cəmiyyətin saflaşması, bütövləşməsi baxımından çox əhəmiyyətlidir. Burada qeyd edildi, Ailə, qadın, uşaq məsələləri üzrə komitənin rəhbəri də qeyd etdi, hər gün ailə münaqişələrinin, məişət zorakılığı ucbatından evini tərk etmiş, taleyi qırılmış insanlarla qarşılaşırıq və sözün əsl mənasında küçələrdə qalmağa məcbur olan qadınlar və onların azyaşlı uşaqları üçün dövlət cığınacaqlarının tikilməsi üçün də vəsaitin nəzərdə tutulması əhəmiyyətlidir.

mahatma-jala

Mən burda bir fikri də səsləndirmək istəyirəm. Həlli vacib məsələlərdən, sadəcə, biz dövlətdən deyək ki, yardım, dəstək gözləməməliyik. Özəl sektor, iş adamları da bu prosesə fəal şəkildə qoşulmalıdırlar. Düşünürük ki, sponsorluq məsələsi həmin fəaliyyətin tərkib hissəsi kimi nəzərdə tutulmalıdır. Və bu ümumi işin, ümumiyyətlə, xeyrinə olardı. Buradan iş adamlarına, böyük biznes strukturlarının rəhbərlərinə müraciət edirəm. Ölkədə hər gün ayrı-ayrı tikinti şirkətləri tərəfindən onlarla göydələn ucaldılır. Həmin göydələnlərin hər birindən kimsəsiz, himayəsiz yeniyetmələr və gənclər üçün, eyni zamanda, az gəlirli ailələr üçün mənzil fondunun yaradılması yəqin ki, Allaha da xoş gedər, bəndəyə də…”.

Etikxeber.az

 

 

Read Previous

Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində film çəkilməlidir- DEPUTAT

Read Next

Büdcə müzakirələrinə yekun vurulacaq – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir