Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dağlıq Qarabağ problemi çox çətin və çox mürəkkəb bir məsələdir, əsası da yüz illər bundan əvvəl qoyulub. Azərbaycan bu məsələdə Ermənistandan çox, bütün dünyanı bürümüş erməni diaspor dairələri və antiazərbaycan mərkəzləri ilə üz-üzədir. Həmçinin 1993-cü ilə qədər hakimiyyətdə olan komandalar da problemin ağırlaşmasında az rol oynamayıblar. Belə ki, müstəqilliyimizi təzə bərpa edəndə bir sıra strateji imkanlar əldən verildi. Buna baxmayaraq 1993-cü ildən bəri bu məsələdə mövqeyimiz çox möhkəmlənib və problemi mütləq həll edəcəyik.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.


Onun sözlərinə görə, ancaq Ermənistan bu problemdən bizdən qat-qat çox uduzdu.
“Onun başçısının bugünlərdə söylədikləri erməni xalqına nağıl danışmaqdan başqa heç nə deyil.
31 ilə Ermənistanın əhalisini 5 milyona çardırmaq planını birtəhər başa düşürəm.
Amma 2050- ci ilə necə futbol üzrə dünya çempionu olacaqlar və ordu reytinqidə 20-ci yerə qalxacaqlar, bu, artıq komediyadır.
Ordu reytinqi 55 kriteriya ilə ölçülür, Ermənistanda isə bu göstəricilərin hamısı zəifdir.
Bu gün reytinqdə 20-ci yerdə İspaniya ordusudur.
İspaniyanın isə əhalisi 46 milyon, müdafiə büdcəsi isə 8,5 milyard dollardır…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





