Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu ay, mayın son günlərində 6-cı çağırış Milli Məclisin (MM) ikinci yaz sessiyası başa çatacaq.
Etikxeber.az xəbər verir ki, MM-in Daxili Nizamnaməsinə və reqlamentinə əsasən, hər il may ayının son günlərində parlamentin yaz sessiyası öz işini başa vurmalıdır.
Qeyd edək ki, may ayının ilk iclası ayın 4-də keçiriləcək.
Eyni zamanda, MM-in bu ay ərzində ən azı 3 və ya 4 iclasının keçirilməsi gözlənilir.
Yaz sessiyasından sonra ənənəvi olaraq, millət vəkillərinin təşəbbüsü ilə MM-in növbədənkənar sessiyası çağırılacaq.

Növbədənkənar sessiya isə iyun ayında (bir neçə iclasla) baş tutacaq.
Bundan sonra (iyulun 15-dən) millət vəkilləri yay tətilinə yollanacaqlar.
Yaz sessiyasının sonuncu iclaslarından birində və ya növbədənkənar sessiyada 2021-ci ilin büdcəsinə dəyişikliklər məsələsi də müzakirəyə çıxara bilər.
Etikxeber.az