Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin formalaşdırıması prosesi başa çatmaq üzrədir.
MM-dən Etikxeber.az-a daxil olan məlumata görə, nümayəndə heyətlərinin rəhbər şəxsləri və üzvləri ilə bağlı dəqiqləşdirmələr sona yetməkdədir.
Belə ki, MM-in növbəti-8-ci plenar iclasında nümayəndə heyətlərinin rəhbərlərinin və tərkiblərinin təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, MM-in Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), GUAM, Baltikyanı, MDB, Beynəlxalq Parlamentlər İttifaqı (BPİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), TÜRKPA, NATO və digər nüfuzlu beynəlxalq və regional qurumların parlament assambleyalarında nümayəndə heyətləri təmsil olunur və fəaliyyət göstərir.
Onu da qeyd edək ki, nümayəndə heyətlərinin rəhbərliyində və tərkiblərində ciddi yeniləmələrin olmas istisna deyil.
Çünki Ailə, Qadın və Uşaq Problemlərinin Həlli üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 6-cı çağırış MM-in üzvü deyil və bu səbəbdən onun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri vəzifəsində başqa şəxslə əvəzlənməsi nəzərdə tutulur.



Eyni zamanda, həmin nümayəndə heyətinin üzvlərindən Elşad Həsənov icra başçısı təyin edildiyi, Kamran Nəbizadə isə seçkilərə qatılmadığı üçün, onların yerinə başqa millət vəkilləri üzv seçiləcəklər.
Bununla yanaşı, akademik Gövhər Baxşəliyeva son seçkilərdə iştirak etmədiyi üçün, İƏT Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinə yeni rəhbər seçiləcək.
Həmçinin, AŞPA-dakı nümayəndə heyətinin tərkibində xeyli dəyişikliklərin olacağı gözlənilir.
Belə ki, nümayəndə heyətinin üzvlərindən Elşad Həsənov seçkilərə qatılmadığı, Çingiz Qənizadənin seçkilərə qatıldığı Dairənin nəticələri ləğv olunduğu, eləcə də, professor Sahibə Qafarova MM-in sədri seçildiyi üçün, onların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.
Bundan başqa, nümayəndə heyətinin hazırkı üzvlərinindən bir neçəsinin də başqa millət vəkilləri əvəzlənməsi mümkün variantlardan biri kimi nəzərdən keçirilir.

Bəs görəsən, daha çox üzdə olan, fəaliyyəti daha çox izlənilən AŞPA-dakı nümayəndə heyəti (eləcə də digərləri) ilə bağlı son qərar nə vaxt veriləcək?
Bununla bağlı saytımıza özəl açıqlamasında MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri (həmçinin, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri) Səməd Seyidov bildirib ki, uzun illər rəhbəri olduğu nümayəndə heyətinin tərkibi ilə bağlı dəqiqləşdirmələr gedir və başa çatmaq üzrədir.
“Bildiyiniz kimi, bu ayın ayın 30-da AŞPA-nın növbəti-yaz sessiyası keçiriləcək və məlum koronavirus pandemiyasına görə, bu tədbir onlayn formada baş tutacaq. Ona görə də həmin vaxta kimi sənədlərimizi verməliyik və verəcəyik. Artıq AŞPA-dakı nümayəndə heyətinin tərkibi ilə də bağlı dəqiqləşdirmələr gedir və başa çatmaq üzrədir. Qeyd edim ki, MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupları artıq formalaşıb. İşçi qruplarının rəhbərlərini Allah qoysa, sabah plenar iclasda təsdiq edəcəyik. AŞPA və digər təşkilatlardakı nümayəndə heyətləti ilə bağlı dəqiqləşdirmələr başa çatdıqdan sonra onları da açıqlayacağıq”-deyə, S. Seyidov əlavə edib.


Kamil HƏMZƏOĞLU
Etikxeber.az





