“Bu, Azərbaycana qarşı düşmənçilik edən qüvvələrə göz dağıdır”- MİLLƏT VƏKİLİ SPİKERİN TÜRKİYƏ SƏFƏRİ HAQQINDA BELƏ DEDİ

Bu səfər Azərbaycana qarşı aşkar və gizli düşmənçilik edən qüvvələrə göz dağı, güc nümayişidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Bildiyiniz kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyədə səfərdədir. VI çağırış Milli Məclisin heyətinin ilk xarici səfərini Türkiyəyə etməsi uzun illərdir ki, bir ənənə olsa da, pandemiya dövründə, səfərlərin məhdudlaşdırıldığı bir zamanda bu təmasın gerçəkləşdirilməsi özlüyündə ciddi siyasi yükə malik hadisə, Azərbaycana qarşı aşkar və gizli düşmənçilik edən qüvvələrə göz dağı, güc nümayişidir. Elə bir güc ki, mənbəyini eyni ruh, eyni dil, eyni kök, eyni qan, eyni milli kimlik, eyni inancdan, ən əsası isə haqq və ədalətdən alır”-deyə, o, əlavə edib.

Qeyd edək ki, S. Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri sentyabrın 10-dan başlayıb.

S. Qafarova Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Mustafa Şentop və digər rəsmilərlə görüşüb.

Etikxeber.az

Read Previous

“Yer seçimlərinə və məclis üslublarına əsasən onlardan bəzilərinin müəyyən maraqlara xidmət etdiklərini deyə bilərik…”-MÜBARİZ QURBANLI – MÜSAHİBƏ

Read Next

“Öz doğma dilini bilməyənlər yüksək vəzifələrə gəlməməlidirlər…Onlar yüksək vəzifə tutmamalıdırlar…”- TAHİR RZAYEV BİLDİRİR Kİ, XARİCİ DİL BİLMƏK VACİBDİR, LAZIMDIR, ANCAQ ANA DİLİNİ BİLMƏK ONDAN DA VACİB VƏ ŞƏRƏFLİDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir