Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının vidiokonfrans vasitəsi ilə zirvə görüşünün keçirilməsi türkdilli xalqların birliyinə, həmrəyliyinə olan inamı, dəstəyi nümayiş etdirməklə dövlətimizin rəhbərinin uzaqgörənliyinin ifadəsidir. Nəinki Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan ölkələrin xalqları üçün, eləcə də dünyanın bütün xalqları üçün əhəmiyyətlidir.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədri Tahir Rzayev deyib.
Komitə sədrinin sözlərinə görə, bu, həmrəylik, birlik, sülh, əminamanlıq üçün bütün dünya rəhbərlərinə bir mesaşdır.
“Bəşəri məqsəddir, Azərbaycan Prezidentinin xalqların təhlükəsizliyinə, sağlamlığına qayğısının, münasibətinin göstəricisidir. Çünki bu gün dünya xalqları koronavirus qarşısında acizdir .Minlərlə insan bu bəlanın qurbanı olub, yüz minlərlə insanın həyatı təhlükədədir və bəşəriyyət həyacan içərisindədir. Belə bir dövrdə dövlət rəhbərlərini bir araya gətirmək və Zirvə görüşünün Bəyannaməsini qəbul edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları koronavirusa, çətinliklərə, fəlakətlərə qarşı birgə mübarizəyə səsləmək hümanizm, xeyirxahlıq, uzaqgörənlik nümunəsidir. Bu, bəşəri ideyalara sadiqlik, insanlığa xidmətdir. Cənab İlham Əliyev bu vidiokonfransı keçirməklə insanlığa xidmət etdiyini bir daha bütün dünyaya göstərdi…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Etikxeber.az





