“Bu, bizdən daha çox, onların xeyrinə olardı…” – GÖVHƏR BAXŞƏLİYEVA

 

Gövhər Baxşəliyeva:”Beynəlxalq qurumlar gərək Azərbaycan prezidentinin sözlərindən, tənqidlərindən ciddi nəticə çıxarsınlar”

Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr edilmiş təntənəli iclasın keçirilməsi önəmli hadisədir. Təbii ki, Azərbaycanın siyasi, iqtisadi, hərbi sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi uğurlar dostları sevindirir, düşməni isə narahat edir. Bu təntənəli iclas Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin davamıdır. Belə tədbirlər Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixin göstəricisidir. 

Etikxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan parlamentinin yaranmasının 100 illiyi  və  bu yöndə 21 sentyabr tarixində Milli Məclisin (MM) təntənəli və xüsusi iclasının keçirilməsi ilə bağlı mətbuata açıqlamasında millət vəkili, akademik Gövhər Baxşəliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, təntənəli və xüsusi iclasda 50-yə yaxın ölkələrin və beynəlxalq qurumların parlamentlərinin rəhbərliyinin, deputatlarının iştirakı, səsləndirilən fikirlər Azərbaycanın dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir.”Şərq -Müsəlman aləmin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi qısa müddət ərzində mühüm sənədlər qəbul etdi. Bu sənədlər, qanunvericilik aktları o zaman üçün ən demokratik prinsipləri özündə ehtiva edirdi”, -deyən  millət vəkili hazırda da  müasır Azərbaycan parlamentinin demokratik ənənələri davam etdirdiyini sözlərinə əlavə edib.

100-5

O, qeyd edib ki, ölkəmiz  1991-ci il 18 oktyabrda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edərək ikinci dəfə müstəqilliyini bərpa etdi: “Daha sonra Milli Məclis müstəqilliyimizin möhkəmləndirilməsində, yeni qanunvericiliyin hazırlanması və qəbul edilməsində müstəsna rol oynadı və bu gün də bu missiyanı yerinə yetirməkdədir”. Bu prosesin daha çox böyük öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra başladığını deyən millət vəkili qeyd edib ki, MM bu dövrdən etibarən beynəlxalq standartlara, müasir demokratik prinsiplərə uyğun qanunlar qəbul edib:

BU GUNNN-2

BU GUNNN-1

gunn-4

gunn-5

gunn-2

“Bütövlükdə parlament ölkəmizin bütün sahələrini əhatə edən mükəmməl qanunlar qəbul edib ki, bu da dinamik inkişaf prosesində hüquqi baza rolunu oynayır. Eyni zamanda, parlament ölkəmizdəki islahatlar prosesinin, o cümlədən,  parlament diplomatiyasının uğurla  həyata keçirilməsində də öz töhfələrini verib və verməkdə  davam edir. Bunu 100 illik yubiley tədbirdə cənab prezident İlham Əliyev özü də bəyan etdi. Dövlət başçımız qeyd etdi ki, parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır. “Mən qeyd etməliyəm ki, Azərbaycan deputatları beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iş aparırlar. Bu, Azərbaycan xalqı tərəfindən də qiymətləndirilir, mən də bunu izləyirəm və deməliyəm ki, doğrudan da çox böyük iş aparılır. Azərbaycan deputatları bir çox parlamentlərarası assambleyalarda ölkəmizdə gedən proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini çatdırır, lazım olan vaxtda Azərbaycanı çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız ittihamlar hansısa qərarlara gətirib çıxarsın…”-deyə, ölkə prezidenti sonra sözlərinə əlavə etdi. Hesab edirəm ki, bu parlamentin və parlamentarilərin fəaliyyətinə verilən ən böyük qiymət və dəyərdir”.

Ümumiyyətlə, MM-in fəaliyyətində beynəlxalq əlaqələrin də mühüm rol oynadığını deyən millət vəkili deyib ki, bu gün ölkə parlamenti geniş beynəlxalq əlaqələrə malikdir: “Milli Məclis ayrı-ayrı dövlətlərin parlamentləri ilə yüksək münasibətlərə malikdir. 80-dən artıq ölkə ilə Milli Məclisin parlamentlərarası dostluq qrupları mövcuddur. Eyni zamanda, parlamentimiz beynəlxalq təşkilatlar- AŞPA, ATƏT PA, NATO PA, MDB PA, İƏT PM və digər qurumlar çərçıvəsində uğurla fəaliyyət göstərir. Bütövlükdə bu fəaliyyətlər də Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına özünün əhəmiyyətli töhfələrini verir”.

govher x 1

Deputat yubiley tədbirində ölkə prezidentinin çıxışında  Ermənistan-Azərbaycan münaqişəsinə də geniş yer ayrıldığını qeyd edib ki, dövlət başçısı bir daha Azərbaycanın qətiyyətli mövqeyini ifadə etdi və bildirdi ki,  Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq: “Yəni, qeyd olundu ki,  heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Dövlət başçısı qeyd etdi ki, Ermənistan xülyalarla yaşamamalıdır. “Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır”-deyən cənab prezident beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deyərək qəbul olunmuş sənədləri xatırlatdı. Dövlət başçısının qeyd etdiyi kimi Ermənistan öz gələcəyini düşünürsə, işğalçılıq siyasətinə son qoymalıdır. Çünki Ermənistanın başqa yolu yoxdur. Dövlət başçısı  həmçinin bildirdi ki, Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, – müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, – onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olub. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz – siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir.” Bir sözlə, Azərbaycan prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi…”.

Millət vəkili bununla yanaşı, dövlət başçısının çıxışında  dünyada mövcud olan və hələ də ölkəmizə qarşı davam etdirilən ikili standartlarla bağlı sərt mövqeyinin ifadə olunduğunu xatırladıb:

“Dövlət başçısının bu yöndəki fikirlərini də yüzdəyüz haqlı hesab edir və dəstəkləyirəm. Çünki ikili standartlar olmasaydı və davam etməsəydi Ermənistanın təcavüzkarlığına və işğalına çoxdan son qoyulardı. “Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var?”-deyən ölkə prezidenti qətiyyətli şəkildə bildirdi ki, bu, çox ciddi araşdırılmalıdır. “Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi, deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz sözlərini tutarlı arqumentlərlə deyirlər. Bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək. Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər”-deyərək, cənab prezident bu məsələyə son nöqtəsini qoydu…Artıq nəticə çıxarmaq həmin beynəlxalq qurumların özlərinə qalıb…Onlar gərək bundan ciddi nəticə çıxarsınlar və Azərbaycana qarşı mövqelərini dəyişsinlər. Bu, bizdən daha çox, onların xeyrinə olardı…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

İcbari tibbi sığorta, şəkərli diabet və tibbi optika ilə bağlı dinləmələr keçiriləcək

Read Next

“Gözəlliklər ölür və bu, çox acınacaqlıdır…” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir