“Bu cür davranışı Ermənistan tərəfi qəsdən diqtə edir…” – SABİQ DEPUTAT

Dövlət resurslarımız, iqtisadi potensialımız Qarabağı işğaldan azad etmək üçün yetərlidir, demək kifayət deyil. Bunu müxalifət lideri olaraq mən deyə bilərəm.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuat üçün açıqlamasında deyib.

“Dövlətə məxsus olan bütün resursları, iqtisadi potensialı, insan potensialını toparlamaq, təşkil etmək, Qarabağ problemi də daxil olmaqla bütün problemlərin həllinə yönəltmək dövlət başçısınının, Ali Baş Komandanın borcudur, vəzifəsidir”-deyən partiya sədri iddia edib ki, “O mənə dedi, nöqtə, mən ona dedim nida»-ritorikası ilə ərazilərimiz işğaldan azad olunmaz.

“Bu cür davranışı Ermənistan tərəfi qəsdən diqtə edir. Belə deyişmə 1987-88 ci illər üçün əhəmiyyətli ola bilərdi. O zaman hələ ərazilərimiz işğal altında deyildi. Xocalı soyırımı baş verməmişdi…”-deyə, A. Hacılı əlavə edib.

Etikxeber.az

Read Previous

Məlahət İbrahimqızı da-İMZA VƏRƏQƏLƏRİNİ TƏHVİL VERDİ…

Read Next

Rüstəmxanlı imzatoplama kampaniyasını bitirdi-SƏNƏDLƏR DSK-YA TƏQDİM EDİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir