“Bu dəfə fərqli vaxtda-koronavirus pandemiyası kabusunun insanları təhdid etdiyi bir vaxtda ölkə başçısı tərəfindən Əfv Sərəncamı imzalandı…”-PƏRVİN KƏRİMZADƏ

Adətən ölkəmizdə əlamətdar tarixi günlərdən, bayramlardan əvvəl Prezident İlham Əliyevin humanizm siyasətini təsdiqləyən əfv sərəncamları imzalanır, müəyyən səbəblər üzündən cinayət törədərək, azdlıqdan məhrum olan insanlar azadlıqlarına qovuşardılar. Bu dəfə fərqli vaxtda-koronavirus pandemiyası kabusunun insanları təhdid etdiyi bir vaxtda ölkə başçısı tərəfindən Əfv Sərəncamı imzalandı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Pərvin Kərimzadə deyib.

O, qeyd edib ki, dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və ailə üzvlərinin əfv haqqında müraciətləri, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq imzalanan əfv sərəncamı mərhum dövlət başçısı Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqi oldu.

“Belə bir çətin vaxtda azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi dövlətin humanizm prinsiplərinin, dəyərlərinin yüksək həddə olduğunun göstəricisinə çevrildi. Prezident İlham Əliyev imzaladığı sərəncam cinayət törətmiş şəxslərə qarşı humanizm addım olmaqla yanaşı dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən gündəmə gətirdi. Koronavirus təhlükəsindən qorunmağa fokuslanan insanlar müstəqil Azərbaycanın tarixində sayca 34-cü əfv aktını ruh yüksəkliyi ilə qarşıladı. Əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq, üçün atılan addımın dövlətin humanist siyasətinin, vətəndaşa verilən diqqət və qayğının ardı-arası kəsilməyən nümunələrindən biri kimi qəbul edildi…”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Əməl olunmalıdır ki, hökümətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronovirus bəlasından tezliklə xilas ola bilək”-SEVİNC HÜSEYNOVA

Read Next

“İsmayıllıda gündə 15 min maska istehsal olunur…”-İCRA BAŞÇISI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir