İspaniyanın “Atletiko Madrid” futbol klubunun hücumçusu Antuan Qrizman dekabr ayında İspaniya çempionatında ən yaxşı futbolçu adına layiq görülüb.
Etikxeber.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı fransız futbolçu keçirilən səsvermə nəticəsində La liqanın ən yaxşı futbolçusu seçilib.
Qrizman dekabr ayında Madrid təmsilçisinin heyətində keçirdiyi 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçu cari mövsümdə 25 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Qrizman Fransa millisinin tərkibində Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında dünya çempionu olub.
Etikxeber.az