Bu dəfə Tahir Rzayev “komitəsi”nin üzvlərini-BİR ARAYA GƏTİRDİ – QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI QANUN LAYİHƏSİ YENİDƏN GÜNDƏMDƏ – YENİLƏNİB – FOTOLAR

Bu gün Milli Məclisin (MM) qarşıdan gələn növbəti payız sessiyası ilə bağlı parlamentin daha bir komitəsinin-Aqrar siyasət komitəsinin ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasa komitənin rəhbəri Tahir Rzayev sədrlik edəcək.

Qeyd edək ki, son 5 çağırış MM-in üzvü olan T. Rzayev 6-cı çağırışdan (mart ayından) sözügedən komitəyə rəhbərlik edir.

İclasada komitənin yaz və növbədənkənar sessiyalardakı fəaliyyəti ilə bağlı hesabatının, o cümlədən, payız sessiyası ilə əlaqədar işlər planının müzakirəsi gözlənilir.

İclasda cari məsələlərin də müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, komitənin üzvləri bunlardır:

Tahir Musa oğlu Rzayev – Sədr

Sabir Kamal oğlu Hacıyev  – Sədr müavini

Novruzəli Davud oğlu Aslanov
 
Azər Camal oğlu Badamov
 
Müşfiq Cəfər oğlu Cəfərov 
 
Emin Məcid oğlu Hacıyev 
 
Aydın Nəsir oğlu Hüseynov  
 
Eldar Rza oğlu İbrahimov
  
İqbal Nəriman oğlu Məmmədov
 
Cavanşir Hümmət oğlu Paşazadə 
 
Eldəniz Adil oğlu Səlimov

09:50

***

Komitə sədri T. Rzayev  həmkarlarını yeni  sessiyanın  başlanması münasibəti ilə  təbrik etdi və onlara qarşıdakı payız sessiyasında  uğurlar  arzuladı.

 Sonra T.  Rzayev 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair  hesabatı  təqdim etdi.  

Vurğulandı ki,  ötən  dövrdə  komitə gərgin işləyib.  7 iclas keçirilib,  17 məsələ müzakirə olunub.

Ötən dövrdə komitədə “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” “Ovçuluq haqqında” “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu  haqqında” qanunlarda, Torpaq Məcəlləsində, İnzibati Xətalar və Mülki Məcəllələrdə  dəyişiklik edilməsi barədə sənədlərə baxılaraq, Milli Məclisin plenar iclasına tövsiyə  edilib. Bu qanun layihələrinin əksəriyyəti qəbul olunub.

Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, müvafiq  qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. 

Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif  səpgili çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə vaxtaşırı seçicilərini məlumatlandırıblar. 

 Hesabat məqbul hesab edildi. 

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik  işləri planı  müzakirə  edildi. 

Bildirildi ki, qarşıdakı  sessiyada iş planına Azərbaycan Prezidentinin,  Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan MR Ali  Məclisinin qanunvericilik təşəbbüsü  qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida  təhlükəsizliyi  haqqında”  qanun layihəsinin hazırlanması, bir  sıra qanunvericilik aktlarına əlavə  və  dəyişikliklər  edilməsi  barədə  məsələlər daxil edilib. 

Millət vəkilləri Eldar İbrahimov, Cavanşir  Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq  Cəfərov, Emin Hacıyev müzakirə  ediləcək  sənədlərlə  ilə bağlı  fikirlərini  açıqladılar, təkliflərini bildirdilər. 

İş planı  təsdiq edildi.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar…”-ADİL ƏLİYEV

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə-TANIŞ OLDU – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir