“Bu dəyişikliklər məhkəmə-hüquq sistemində islahatlar prosesinə öz müsbət töhfəsini verəcək” – DEPUTAT

Ölkə prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrikində ölkədə islahatların davamlı xarakter daşıyacağını, o cümlədən, məhkəmə-hüquq sistemində bu prosesə start veriləcəyini bildirmişdi. Bundan cəmi bir neçə gün sonra isə dövlət başçısı ölkədə məhkəmə-hüquq sistemində islahatların aparılması ilə bağlı tarixi fəramanı imzalamışdı. Cünki  ölkədə davamlı xarakter daşıyan və son ildə daha geniş vüsət alan islahatlar prosesi bütün sahələri əhatə etdiyi kimi, məhkəmə-hüquq sistemindən də yan keçə bilməzdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov dilə gətirib.

Millət vəkili bildirib ki, məhkəmə-hüquq sistemində də ciddi islahatlara ehtiyac duyulurdu və bu məsələ dəfələrlə müxtəlif müstəvilərdə gündəmə gətirilirdi.

“Çox əlamətdar və sevindirici haldır ki, ölkə prezidentinin aprel ayında imzaladığı fərmanla bu prosesə start verilmiş oldu. Bu prosesin tərkib hissəsi kimi də məhkəmə-hüquq qanunvericiliyində yeni addımların atılması, yeni qanunların qəbulu və ya mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi zərurəti yaranmışdı. Bu baxımdan da, heç təsadüfi deyil ki, bir müddət öncə ölkə prezidentinin təqdimatı ilə parlamentə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə “Məhkəmələr və hakimlər haqqında” qanuna geniş dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olumuşdu.

milli_meclis_esas_0478

ELDENIZ-1

Adıçəkilən komitədə geniş müzakirələrdən sonra qanun layihəsi parlamentin növbədənkənar sessiyasının plenar iclasına tövsiyə olunmuşdu. Bildiyiniz kimi, parlamentin növbədənkənar sessiyasının 13 iyun tarixli ilk plenar iclasında bu məsələ də müzakirəyə çıxarıldı və geniş müzakirələrdən sonra birinci oxunuşda qəbul olundu. Hesab edirəm ki, həmin qanuna təklif olunan dəyişikliklər, xüsusilə, kommersiya məhkəmələrinin yaradılmasının və Azərbaycanda mövcud olan yeddi inzibati-iqtisadi məhkəmənin hamısının inzibati məhkəmə adlandırılmasının nəzərdə tutulması çox vacib məqamlardandır.

Bunlar heç də kosmetik, formal xaraketli dəyişikliklər, məsələlər deyil, məzmun, mahiyyət, məhkəmə-hüquq sisteminin fəaliyyətinin daha da yaxşılaşdırılmasına yönəlmiş dəyişikliklərdir. Heç bir şübhə yoxdur ki, bu dəyişikliklər, o cümlədən, kommersiya məhkəmələrinin yaradılması Azərbaycanda məhkəmə-hüquq sisteminin inkişafına, burada şəffaflığın, ədalətin tam təmin olunmasına öz müsbət töhfələrini verəcək, məhkəmələrə inamın artırılmasında böyük və əvəzsiz rolunu oynayacaq. Məhkəmələrdə şəxsi rəylər və istəklər deyil, qanun, hüquq, ədalət tam mənası ilə qərar verəcək. Bir sözlə, digər sahələrdə olduğu kimi, çox yaxın zamanlarda məhkəmə-hüquq sistemində də islahatların dərinləşməsinin və oturuşmasının şahidi olacağıq”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Mehriban Əliyeva Yasamalda körpələr evi-uşaq bağçasının açılışında – FOTOLAR – YENİLƏNİB

Read Next

Türk xalqlarının parlamentariləri Milli Məclisdə… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir