“Dialoq üçün səmərəli platformadır, digər ölkələri ona qoşulmağa çağırırıq” – ATƏT PA-NIN VİTSE-PREZİDENTİ – FOTO

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Assambleyanın Lüksemburqda keçirilən yekun plenar iclasında çıxış edib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü öz çıxışında ATƏT-in Vankuverdən Vladivostoka qədər uzanan məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi əsas prinsip və dəyərlərin Assambleya tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edərək deyib:

“Bu gün biz bütün bu məkana həmin prinsiplərin ikili standartlar və coğrafi imtiyazlar olmadan tətbiq olunmasının zəruriliyi barədə çağırış edirik. Assambleya bir daha təsdiq etdi ki, təşkilata üzv ölkələr arasındakı münaqişələr dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır”.

ul-azay

A. Quliyev Assambleya tərəfindən əsas azadlıqların və insan hüquqlarının, xüsusən öz doğma torpaqlarında didərgin salınmış qaçqınların və məcburi köçkünlərin haqlarının dəstəkləndiyini qeyd edib.

Deputat İpək Yoluna Dəstək Qrupunun məhsuldar fəaliyyəti barədə məlumat verərək deyib: “Qrup dialoqun inkişafı üçün səmərəli platformadır və biz digər ölkələri də ona qoşulmağa çağırırıq”.

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadə İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi…

Read Next

Azay Quliyevin 2-ci müddətə ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə namizədliyi dəstəkləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir