Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fazil MUSTAFA: “Qan verəndən sonra da ilkin durumunu bərpa etmək üçün bütün donorlara “plitka” şokaladlı çay da ikram edilməsi özlüyündə ayrı bir xoş aura yaradırdı…”
Milli Məclisdə Talassemiya və Hemofiliyadan, həmçinin, leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan vermə aksiyasında iştirak etdik.
Bu təşəbbüs birinci vitse-prezident xanım Mehriban Əliyevadan gəlib və əsas da səbəb budur ki, qan bazası xeyli azaldığına görə bu uşaqların həyatı təhlükəyə girə bilər. Ona görə də hər bir vətəndaşın duyarlı yanaşması vacib olan məsələdir.

Düşünürəm ki, məhz bu duyarlılığın nümunəsini dünən Milli Məclisdə gördüm.
Milli Məclisin sədri xanım Sahibə Qafarova həqiqətən gözəl bir təşkilatçılıq işi ortaya qoydu.
Millət vəkilləri, aparat işçiləri, parlament jurnalistləri könüllü şəkildə bu aksiyada növbə gözləməklə, bir-birinə ehtiram göstərməklə öz insanlıq borclarını yerinə yetirdilər. Qan verəndən sonra da ilkin durumunu bərpa etmək üçün bütün donorlara “plitka” şokaladlı çay da ikram edilməsi özlüyündə ayrı bir xoş aura yaradırdı.
Həkimlərin və tibb bacılarının da hər birinə ayrı-ayrı yaxınlaşıb təşəkkürümü bildirdim ki, belə bir nəcib işdə bu qədər səbrlə və peşəkarlıqla öz vəzifələrini icra edirlər.

Açığı dünən səhər qanvermə aksiyasına gedərkən xanımım da təkid etdi ki, onu da uşaqlar üçün bu aksiyaa götürüm. Karantin rejimində şəhərə çıxış icazəsi olmadığına görə, özümlə götürməyi məqbul saymadım. Kimsə yoxlama zamanı bəlkə də mənim statusuma və məsələnin mahiyyətini izahıma görə hansısa irad bildirməzdi.
Bütün hallarda qaydalara imtiyazla yanaşmaq olmaz və hamının tabe olması vacibdir, deyə düşünrəm. Əsas odur ki, koronavirus qadağaları qaldırılan kimi evimizdən qanvermə aksiyasına qoşulacaq bir nəfər hazırdır.
Düşünürəm ki, bəlkə də Milli Məclisdə olduğu kimi, indiki dövrün çətinliyini nəzərə alaraq şəhərin müxtəlif yerlərində bu aksiyanı səyyar formada təşkil etmək olar və geniş təbliğat aparılsa insanlar evlərinə yaxın olan bu məntəqələrdə qan verməyə məmnuniyyətlə gələrlər.
Dünən izlədim ki, metroda, ASAN xidmətdə, “Kristal Abşeron” şirkətində bu cür aksiyalar keçirilib.
Bəlkə də başqa yerlərdə də keçirilir, Allah hamısından razı olsun, bu da milli həmrəyliyimizin ən gözəl nümunələrindən biridir.
“…Çox vaxt görürəm ki, AA markalı maşınla, yaxud da hansısa vəzifəsinin böyüklüyünə güvənən avtomobil sahibləri qarşı yola çıxaraq növbə gözləmədən posta doğru şığıyırlar və əslində bununla polislərin işini çətinləşdirirlər…”
Postlarda yoxlamadan söz düşmüşkən, inanın ki, hansı yoxlama postuna yaxınlaşarkən maşınların növbəsi nə qədər uzun olsa da səbrlə hamı kimi növbəyə dururam.
Çox vaxt görürəm ki, AA markalı maşınla, yaxud da hansısa vəzifəsinin böyüklüyünə güvənən avtomobil sahibləri qarşı yola çıxaraq növbə gözləmədən posta doğru şığıyırlar və əslində bununla polislərin işini çətinləşdirirlər.
Yoxlama zamanı sənədimi rəsmi qaydada polis qardaşımıza göstərirəm, əksər vaxt tanıdıqlarına görə əlavə sorğu -suala da tutmurlar, lakin özümə borc bilirəm ki, onlara bir sözü çatdırım.
Deyirəm ki; “bu başqaları kimi növbəyə durmaq istəməyib işiniz ağırlaşdıran bu vətəndaşlarımıza görə sizdən bir millət vəkili olaraq üzr istəyirəm”.
İnanın ki, bu polislərimiz, daxili qoşunların əsgərləri o qədər səbrlə və mədəniyyətlə insanlarla rəftar edirlər ki, koronavirus dövrü olmasaydı bu övladlarımızı maşından düşüb bağrıma basardım.
Bu gün fədakar tibb işçilərinin və polislərin işini çətinləşdirən hər bir şəxs sadəcə məsuliyyət anlayışı yetərli səviyyədə olmayanlardır.
Nə deyim, Allah hamımızı islah etsin və məsuliyyətimiz artırsın.

Fazil Mustafa,
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini
Etikxeber.az





