“Bu, Ermənistanı daha ciddi problemlərlə üz-üzə qoyacaq, erməni xalqının vəziyyətini daha da ağırlaşdıracaq və…”-MM-İN KOMİTƏ SƏDRİ

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışının və səsləndirdiyi fikirlərin əslində səbəbləri var. Bu günün reallıqları həm də erməni xalqının, erməni siyasətçilərinin xislətini özündə əks etdirir.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri xatırladıb ki, tarixən erməni siyasətçiləri, erməni rəhbərləri satqınçılıqla, xəyanətlərlə, başqalarını ləkələməklə, böhtan və yalanla məşğul olublar və bu gün də bu belədir.

Onun sözlərinə görə, erməni dövləti xəyanət üzərində qurulub. Erməni xalqının mayasında xəyanət, riyakarlıq, təcavüzkarlıq var. Bu əvvəllər də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Çünki bunların qanından bu xəyanəti, bu riakarlığı, bu yalançılığı, böhtançılığı heç vaxt çıxarmaq olmaz. Ona görə ki, onlar belə dərs alıblar. Körpəlikdən, beşikdən onlar millətçilik ruhunda kökləniblər, onlara böyükləri belə dərs keçib, “azərbaycanlı, türk sənin düşmənindir, onları öldür, əz, başını kəs, gözünü çıxar”, məsləhətləri veriblər, öyüdləri bu olub.

“Bu gün də əlbəttə ki, onlar məğlubiyyətin acısını daddıqları bir vaxtda günahı bir-birilərinin üstünə yıxmalıdırlar. Səbəb nədir? Səbəb odur ki, Ermənistana son illərdə rəhbərlik edənlərin hamısı xarici ölkələrin agentləri, satılmış adamlardır. Onların heç biri xalqın istəyi ilə, xalqın tələbi ilə hakimiyyətə gəlməyiblər. Onlar qan üstündə, insanların başını kəsməklə, xəyanət eləməklə, təcavüzlə hakimiyyət gəliblər və bu gün də hakimiyyətdə olduqları bir dövrdə bir-birilərini mütləq günahlandırmalıdırlar. Ter-Petrosyan da millətçi idi. Sarkisyan, Köçəryan da Qarabağ kartı üzərində hakimiyyətə gəldilər. Onların hansı ölkələrə xidmət elədikləri yaxşı məlumdir. Paşinyan Sorosun yetirməsidir, onun övladı, balası sayılır. Digərləri, bu gün ikinci dərəcə hakimiyyətdə olanlar, Müdafiə Nazirliyində, xarici İşlər Nazirliyində və digər sahələrdə işləyənlərin əksəriyyəti xarici ölkələrin əlaltılarıdırlar və xarici ölkələrə xidmət edirlər.

Onların hər biri erməni xalqının taleyi ilə yox, özlərinin taleyi ilə, var-dövlətlərini artırmaqla, vəzifə tutmaqla məşğuldurlar və bunun üçün vəzifəyə gəliblər. Ona görə də bu gün bir-birilərini təqsirli bilirlər, bir-birilərini təhqir edirlər, bir-birilərinə qəsd edirlər və parlamentdə də Paşinyan məğlubiyyətin səbəblərini həmin dönüklərin, həmin xəyanətkarların üzərinə atırlar. Əslində o bir çox fikirlərində düzdür, doğrudur. Çünki, bugünkü hadisələrə baxanda görürük ki, hakimiyyətə gəlmək istəyənlər kimlərə xidmət edir, kimlərdən dəstək alırlar və kimlərin sifarişi ilə işləyirlər. Paşinyanın özü özünün hansı yollarla hakimiyyətə gəldiyini bilir və bunu nəinki erməni xalqı, bütün dünya da bilir. Bilir ki, o kimin əlaltısıdır və keçmişdə hakimiyyətdə olan rəhbərlərin də tərcümeyi-halı hər birimizə yaxşı məlumdur. Ona görə də bunlar günahı bir-birilərinin üstünə yıxmalıdırlar.

Çünki bunların hakimiyyəti dövründə erməni xalqı aldadılıb, erməni xalqı, erməni dövləti satılıb. Bu adamlar süni şəkildə Qarabağ münaqişəsi yaratmaqla, mif yaratmaqla, yalan, böhtan işlətməklə, erməni xalqını uzun illərdir bəlalara salıblar və Ermənistanın bugünkü vəziyyəti göstərir ki, illərlə, son 30 ildə hakimiyyətdə olanlar dövlətin əleyhinə işləyiblər, dövlətə, xalqa xəyanət ediblər. Onlar Ermənistan üçün heç bir əhəmiyyətli tədbir həyata keçirməyib, iş görməyiblər. Qarabağ kartı üzərində hakimiyyətə gələnlər ancaq var-dövlət toplayıblar, ancaq öz ağalarına qulluq göstəriblər, erməni xalqını talayıblar, erməni xalqını məhv ediblər, onları bəlalara salıblar. Paşinyan hakimiyyətə gələndən sonra əlbəttə ki, bəlaların hamısını onun üzərinə atmaq, müharibədə uduzmalarına görə ancaq onu günahlandırmaq o qədər də dügün deyil və bütün səhvləri onun üzərinə yıxmaq olmaz.

Çünki erməni ordusu yox idi, erməni ordusu bir mif idi, bir saxta silahlı birləşmələrdən ibarət idi. Ancaq havadarları müdafiə etdiklərinə görə, ermənilər müəyyən dövrdə, 90-cı illərdə, hakimiyyətsizlik illərində bu torpaqları işğal eləmişdilər və işğal etdikləri bu torpaqlarda uzun müddət öz mövqelərini möhkəmləndirə bilmişdilər. Sözsüz ki, bu illərdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan, eləcə də xarici ölkələrin dövlət başçıları ilə görüşlərdə səsləndirmişdi ki, biz sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdarıyıq və Ermənistan Silahlı Birləşmələri işğal etdikləri torpaqlardan geri çəkilməlidirlər, biz qonşuluq şəraitində yaşamalıyıq.

Göstərmişdi ki, bunun üçün əldə lazımi beynəlxalq sənələr, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, İslam Əməkdaşlıq Konfransının, Qoşulmama Hərəkatının, digər mötəbər təşkilatların lazımi qərar və qətnamələri var, ermənilər bu beynəlxalq normalara, prinsplərə əməl eləməlidirlər, işğal olunmuş torpaqlardan çıxmalıdırlar və ondan sonra biz müəyyən məsələləri, müəyyən problemləri həll etməliyik. Ancaq 30 ildə ermənilər bunu eləmədilər və 30 ildə də Ermənistan iqtisadiyyatı, erməni xalqıının sosial həyatı geriləməyə başladı. Çünki, onlar millətçilik siyasəti yeridirlər və millətçilik siyasəti heç bir xalqa xeyir verə bilməz”– deyə, komitə sədri işğalçı ölkə ilə bağlı bir sıra məqamlara toxunub.

O, mətbuata açıqlamasında diqqətə çatdırıb ki, nəhayət, 2020-ci ilin 27 sentyabr tarixində ermənilər yeni bir təcavüz törətdilər və məhz bundan sonra Ali Baş Komandan özünün döyüş əmrini verdi, 44 gün ərzində torpaqlarımız azğın düşməndən təmizləndi və onlar ağır məğlubiyyətə düçar oldular:

“Bu müharibə göstərdi ki, həqiqətən də Ermənistan ordusu yoxdur, Ermənistan dövləti çox zəifdir, Ermənistan iqtisadiyyatı bərbad haldadır, erməni vətənpərvərliyi bir mifdir, ermənilərin öz xalqı haqqında uydurduqları o müdrik, vətənpərvər xalq, dövlət ifadələri boş hay-küydən başqa bir şey deyil. 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədlər bir daha deməyə əsas verir ki, Azərbaycan xalqı qalibdir, Azərbaycan bu gün diqtə edən tərəfdir. Həm də bununla bərabər Azərbaycanın dövlət başçısı bildirir ki, əgər vaxtında Ermənistan rəhbərləri, Ermənistanın hərbi siyasi dairəsi mənim dediklərimi eşitsəydilər, mənim təkliflərimi nəzərə alsaydılar, bu gün Ermənistan belə acınacaqlı bir vəziyyətə düşməzdi, böhran içərisində qalmazdı.

Bu gün də Azərbaycan Prezidenti qonşuluq şəraitində yaşamaq, Ermənistanı ağır vəziyyətdən çıxarmaq, nəinki iki dövlət arasında, regionda sabitliyi yaratmaq, əlaqələri möhkəmləndirmək fikrindədir. Çox təəssüflər olsun ki, bu təkliflər Ermənistanda bir təşviş yaradır. Hətta təşvişlə bərabər onlarda bir müharibə hissi alovlandırır. Onlar məğlubiyyəti qəbul etmirlər. Onlar düşdükləri vəziyyəti dərindən qiymətləndirmirlər. Onlar Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin hansı gücə, iradəyə malik olduğunu hələ də dərindən dərk etməyiblər. Yalançı revanş götürmək, ordunu möhkəmləndirmək, səfərbərlik etmək haqqında fikirlər səsləndirilir. Azərbaycanı qaniçən, təcavüzkar adlandırırlar və yenə də sərsəm fikirlərlə özlərinin millətçilik niyyətlərini həyata keçirmək arzusundadırlar. Parlamentdə səsləndirilən fikirlər var.

Orada şərh olunan bir çox müddəalar var. Sözsüz ki, bu erməni xalqının özünün əleyhinədir. Bu gün erməni siyasətçiləri qarşıdurmadadırlar. Əlbəttə ki, onlar bir-birilərini ittiham etməlidirlər, bir-birilərini təhqir etməlidirlər. Çünki, heç kim günahı öz üzərinə götürmək istəmir. Onlar bütün günahları yığıb Paşinyanın üstünə qoymaq istəyirlər. Ancaq, Paşinyan iki ildir hakimiyyətdədir. Ondan əvvəl 28 il, 30 il hakimiyyətdə olanlar tamamilə öz yaxalarını bu cəzadan kənarda qoymaq istəyirlər. Bu, əlbəttə ki, təəssüf doğurur. Bu gün dünyanın uzaqgörən siyasətçiləri, bəşəri ideya daşıyan insanları Ermənistanın bu mübarizəsini, millətçilik ideologiyasını qınayırlar və hətta ermənilərin o xeyirxah insanları, o gələcəyi görən ziyalıları Ermənistanın qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmasını onun gələcək inkişafı kimi dəyərləndirirlər və bundan sonra millətçilik meyillərindən əl çəkməyi erməni xalqına tövsiyə edirlər.

Əlbəttə ki, üçtərəfli bəyənatda əksini tapan o müddəalar hərtərəfli həyata keçirilərsə, nəqliyyat infrastrukturu bərpa olunarsa, yollar açılarsa, Ermənistan iqtisadiyyatı gələcəkdə inkişaf edə bilər, ermənilər bu ağır böhrandan çıxa bilərlər. Çünki, bu yolların açılması həm Ermənistan, Azərbaycan üçün, həm də qonşu dövlətlər üçün, Türkiyə üçün, İran üçün, Rusiya üçün, Gürcüstan üçün çox əhəmiyyətlidir. Bu regionda sabitliyin yaranmasına, təhlükəsizliyin yaranmasına xidmət edən bir vacib məsələdir. Ancaq, yenə də deyirəm, bu gün ermənilər Türkiyəni, Azərbaycanı əvvəlki kimi özlərinin ən böyük düşməni hesab edirlər və qardaş Türkiyə, Azərbaycan bu insanların ağır vəziyyəti haqqında fikirləşir, Ermənistanı bu uçurumdan, erməni xalqını gələcək fəlakətlərdən qoumaq barədə düşünür, ancaq təəssüflər olsun ki, vəzifə güdən, var-dövlət toplamaq istəyən erməni siyasətçiləri yenə də müharibə aparmaq, müharibə etmək, düşmənçiliyi davam etdirmək fikirlərini ortaya atırlar.

Sözsüz ki, bu, Ermənistanı daha ciddi problemlərlə üz-üzə qoyacaq, erməni xalqının vəziyyətini daha da ağırlaşdıracaq və elə bilirəm ki, Ermənistan dövlətinin məhvinə gətirib çıxaracaqdır. Çünki, beynəlxalq aləm Ermənistanda nələrin baş verdiyinin fərqindədir və bunalara mənfi münasibət var. Artıq erməni ideologiyası əvvəlki kimi işləmir. Artıq erməni təbliğatı yerimir, artıq dünya Ermənistanın yalanlarına, böhtanlarına bir o qədər də inanmır. Artıq bir çox beynəlxalq təşkilatlar Ermənistandan üz çeviriblər, artıq erməni lobbisi də Ermənistana yüksək səviyyədə kömək etmək, onu bu vəziyyətən çıxarmaq iqtidarında deyil. Ona görə də erməni xalqı bu barədə fikirləşməlidir, öz yolunu seçməlidir və düşmənçiliyi aradan qaldırmağa səy göstərməlidir”.

Etikxeber.az

Read Previous

Ailə üzvlərindən tək qardaşı qalan Şəhid Elməddin Nurzalıyevin yaşadığı “ev” VƏ YA ŞƏHİD QARDAŞI NİYƏ XİDMƏTƏ ÇAĞIRILIR? – FOTOLAR

Read Next

Şəhidlər və Şəhid ailələri ilə bağlı qanunlara, normativ-hüquqi aktlara yenidən baxılmalı, Şəhid ruhlarının incidilməsinə son qoyulmalıdır!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir