“Bu, faciədir…” – ASİM MOLLAZADƏN AŞPA-DAN SƏSLƏNDİ

Bu, bir faciədir, azadlığa hücumdur. Azadlıq ölkə üçün çox əzizdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 20 min vətəndaşı həlak olub. Ölkəmiz torpaqlarının azad olunması uğrunda mübarizə aparır. Ancaq, eyni zamanda, yeni hibrid, informasiya müharibəsinə qarşı mübarizə aparmağa da məcburuq.

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Dafne Karuana Qalizianın qətli və Maltada və digər ölkələrdə hüquqi dövlət: bütün həqiqətlərin işıqlandırılmasını təmin etmək” adlı məruzənin müzakirələri zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Asim Mollazadə söyləyib.

“Rocer Geyl söylədi ki, prinsiplər və dəyərlər satılır. Bu gün prinsip və dəyərlərin satılmasının şahidiyik. Məruzəçi Piter Omziqin Azərbaycana qarşı hücumları yeni hibrid müharibədir. Belə müharibələr daha qorxuludur. Ciddi hadisələrdən, Avropadakı faciədən, jurnalist qətlindən hibrid müharibə kimi digər ölkəyə – Azərbaycana qarşı istifadə edilir” – deyə, A.Mollazadə qeyd edib.

Nümayəndə heyətinin üzvü bildirib ki, məruzənin tərtibindən onun arxasında nə durduğunu, eləcə də P.Omziqin belə fəaliyyətlərə marağının səbəbini aydın görmək olur. Maltalı jurnalistin qətli ilə bağlı təhqiqat aparıldığı kimi, Avropada siyasi korrupsiya ilə bağlı təhqiqat aparılmalıdır.

A.Mollazadə P.Omziqi faciələrdən öz şəxsi məqsədləri üçün istifadə etməməyə çağırıb. Deputat onun Azərbaycana qarşı apardığı hibrid, informasiya müharibəsinin, eyni zamanda, Avropa dəyərlərinə qarşı hücum olduğunu diqqətə çatdırıb.

Etikxeber.az

 

Read Previous

“Ərzaq mallarının qiymətinin artması ehtimalı əhalini narahat edir” – DEPUTAT

Read Next

“Təhlükəli iş şəraiti, ekoloji çirklənmə…” – ELŞAD HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir