“Bu fakt artıq antiterror əməliyyatlarının aparılması üçün fürsət deməkdir…”-SABİQ DEPUTAT

Tovuz döyüşlərində Azərbaycan Ordusunun sarsıdıcı həmləsindən hələ də təşviş və qorxu yaşayan Ermənistanın siyasi hakimiyyəti xarici havadarlarına arxayınlaşaraq yeni müharibə bəyanatları səsləndirməyə başlayıb.

Paşinyan rejimi hakimiyyətini qorumaq üçün Qarabağ faktorundan siyasi alver kimi istifadə edir. Dağlıq Qarabağa ASALA, PKK və digət terror qruplaşmalarını toplamaqla qorxaq və məzlum simasını biruzə verməkdədir.

Ermənilər ötən ay Azərbaycan və Türkiyənin keçirdiyi möhtəşəm hərbi təlimlərdən və son günlər daha da möhkəmlənən hərbi münasibətlərdən, sarsılmaz qardaşlığının güclənməsindən daha çox təşvişə düşüblər.

Zavallı Paşinyan da bundan bərk psixoloji stress keçirir, müharibə bəyanatları səsləndirir. Artıq qlobal dünyanın siyasi-hərbi vəziyyəti dəyişir. Regionun güc mərkəzi olan Türkiyə bölgədəki terror və separatizmə qarşı amansız döyüşür, bütün coğrafiyalarda və cinahlarda terorçulara öldürücü zərbələr vurur.

Türkiyə kimi Azərbaycan da terrora məruz qalan ölkədir. Rəsmi Ankara həm də Azərbaycana qarşı hər hansı bir hücumu Türkiyəyə qarşı hücum kimi qəbul edir. Ötən gün Türkiyə Prezidentinin Administrasiyasının yayılan bəyanatından da göründüyü kimi Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, qardaş ölkə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcək. “Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin alovlandırılmasına yönəlib.

Əgər bizə qarşı ciddi təxribat törədilərsə onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün”.Ermənistan havadarlarının səssiz razılığına və beynəlxalq təşkilatların hərəkətsizliyinə güvənərək işğalşı və terrorizm siyasətini daha da gücləndirməyə çalışır. Ancaq anlamır ki, Türkiyə Azərbaycanın müttəfiqidir, bölgədə münaqişənin alovlanmasına laqeyd qalmayacaq.

Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır və əgər yeni müharibə təhdidləri artarsa İrəvan layiqli cavabını alacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir, bütün dövlətlərə örnəkdir, işğalçılara və terrorçulara göz dağıdır. Son hərbi təlimlər bu birliyi daha da möhkəmləndiribdir. Azərbaycan və Türkiyə Ordusu bu gün terrora qarşı çiyin-çiyinə mübarizə mübarizə aparmaqda olduqca qətiyyətlidir. Ermənistan terrorçu dövlətdir, terror qruplaşmalarını Qarabağa toplayır.

Bu fakt artıq antiterror əməliyyatlarının aparılması üçün fürsət deməkdir. Onu da unutmaq olmaz ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Azərbaycan öz güclü hərbi ordusu ilə bu ərazidə antiterror əməliyyatı həyata keçirməklə, böyük bir üstünlük əldə etmək imkanına malikdir.Yeri gəlmişkən, bu gün Azərbaycanın qədim tarixi torpaqlarında dövlət quran Ermənistan “müstəqillik bayramını” qeyd edir. Gerçəklik bundan ibarətdir ki, bu qondarma dövlətin tarixi kimi müstəqilliyi də saxtadır, sünidir.

Bu “dövləti” yaradanlar, idarə edənlər və şərti məna daşıyan müstəqilliyi onlara bağışlyan havadarları bütün dünyaya bəllidir.

Bu gün də xarici qüvvələrin, Sorosların, maraqlı güclərin qucağında oturan Ermənistan hakimiyyətini himayə edənlər anlamalıdırlar ki, faşizm ənənələri, terrorçu dövlətin mahiyyəti partlayışla nəticələnəcək, ağır və ölümcül yara alan ermənilər olan-qalanlarından da olacaqlar.

Cənab Prezidentin də xəbərdarlıq etdiyi kimi əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq, onlar bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır.

Vaqif ABDULLAYEV,

Sabiq deputat, keçmiş icra başçısı

Etikxeber.az

Read Previous

“Şəhid bulağı”nın açılışı-OLDU – FOTOLAR…

Read Next

“Regionda real müharibə vəziyyəti yarana bilər ki…”-HİKMƏT BABAOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir