“Bu fakt deməyə əsas verir ki…” – MİLLƏT VƏKİLİ

Sona Əliyeva: Fransa məhkəməsinin ədalətli qərarı təqdirəlayiqdir

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı cinayətkar rejimin təbliği və onun legitimləşdirilməsi məqsədilə bir sıra səylər göstərir. Bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin bu niyyətinə xidmət edən qanunsuz addımlardır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, işğalçı dövlətin bu istiqamətdə göstərdiyi bütün cəhdlərin heç bir hüquqi əsası yoxdur və buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar tərəfindən ciddi qarşılanmır. Əksinə, Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər ciddi şəkildə qınanır.

Onun sözlərinə görə, işğalçı Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə növbəti ağır zərbə bu günlərdə Fransa məhkəməsindən gəlib.

“Belə ki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış “sənəd”in qeyri-qanuni imzalandığı, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. Məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir müddət əvvəl Fransaya səfər edib. Bəhs olunan səfər zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırmışdı. Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Fransa məhkəməsinin bu ədalətli qərarı təqdirəlayiqdir. Bu fakt deməyə əsas verir ki, bu ölkənin məhkəmələri Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək.

sonya-alieva-suleymanova

Əlbəttə, Fransa cəmiyyətində, o cümlədən də bu ölkənin məhkəməsində ermənilərin yalanlarına inamsızlıq nümayiş etdirilməsi heç də təsadüfi deyil. Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması, regional və qlobal əməkdaşlığın dərinləşməsində, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha vacib rol oynaması ölkəmiz barəsində müsbət imicin möhkəmlənməsinə öz təsirini göstərir. Ölkəmiz həmçinin öz həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılması istiqamətində fəal iş aparır və bununla da qlobal miqyasda erməni lobbisinin yalanlarının qarşısını almağa nail olur”-deyə, deputat qeyd edib.

Etikxeber.az

Read Previous

“Avro-2020” seçmə mərhələsinin üçüncü turuna start verilir – BU GÜN

Read Next

“Təşəbbüs və atılan addımlar təqdirəlayiqdir” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir