Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fitosanitar sahəsində dövlətin vəzifələri artırılır.
Etikxeber.az xəbər verir ki, bu məsələ parlamentin Aqrar siyasət komitəsinin martın 13-də keçirilən iclasının müzakirəsinə çıxarılan “Fitosanitar nəzarəti haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, qüvvədə olan qanuna görə, fitosanitar nəzarətini müvafiq icra hakimyiyəti orqanı həyata keçirir.
Təklif edilən dəyişikliyə əsasən, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirlər gömrük orqanları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyi (QTA) həyata keçirəcək.
Bununla yanaşı, fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki şəxslərin vəsaiti, könüllü ödənişlər və donor təşkilatların texniki-maliyyə yardımı hesabına ödənilir.
Təklif edilən dəyişikliyə əsasən, həmin tədbirlərə və xidmətlərə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən ediləcək.
Dəyişikliklərlə bağlı komitənin sədri Eldar İbrahimov, komitə sədrinin müavini Eldar Quliyev və millət vəkili Novruz Aslan öz fikirlərini bildirib, dəyişiklikləri müsbət qiymətləndiriblər.
Qeyd ediblər ki, belə dəyişikliklərə ehtiyac duyulur və bu, ümumi işin xeyrinədir.
Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az