Bu futbolçu ilə Avropanın 4 klubu maraqlanır

İspaniyanın “Barselona” futbol klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç Avropanın 4 klubunun diqqət mərkəzindədir.

Etikxeber.az  “Mundo Deportivo” saytına istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Paris Sen-Jermen”, “Bavariya”, “İnter” və “Mançester Yunayted” maraqlanır.

Rakitiçin “Barselona” ilə yeni müqavilə bağlamağı sual altındadır. “İnter” klubunun xorvatiyalı yarımmüdafiəçiyə 3 illik müqavilə və 6,5 milyon avro məvacib təklif etdiyi iddia olunur.

Hollandiyanın “Ayaks” komandasından Frenki de Yonqu heyətinə qatan “Barselona”nın Rakitiçlə müqaviləni yeniləməkdə maraqlı olmadığı söylənilir.

Qeyd edək ki, Rakitiç cari mövsümdə “Barselona”nın heyətində 34 oyunda 4 dəfə fərqlənib.

Etikxeber.az

Read Previous

Yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər…

Read Next

Bu klub da baş məşqçisini istefaya göndərdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir