“Bu, gələcək təşəbbüslər üçün ilham mənbəyi olacaq”-ATƏT PA-NIN PREZİDENTİ

ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş Nazirinin Ofisinin yaydığı birgə bəyanatı alqışlayır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

ATƏT PA bu bəyanatı regionda davamlı sülh üçün tarixi addım kimi qiymətləndirib.

ATƏT PA-nın prezidenti “Mən Ermənistan Respublikası və Azərbaycan Respublikası liderlərinin iki ölkə arasında etimadın yaradılması üçün atdıqları qətiyyətli addımları yüksək qiymətləndirirəm. Xüsusilə, humanizm və xoşməramlılıq dəyərlərinə əsaslanan hər iki tərəfdən hərbi qulluqçuların azad edilməsi gələcək əməkdaşlıq üçün müsbət presedent yaradır. Ümid edirəm ki, bu, gələcək təşəbbüslər üçün ilham mənbəyi olacaq”-deyə, bildirib.

“Bu birgə bəyanat və onunla bağlı praktiki addımlar sülhə birgə sadiqliyi nümayiş etdirir. Bu, Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə doğru tarixi keçid ola bilər”.

Bunu isə xüsusi nümayəndə Henriksen bildirib.

Etikxeber.az

Read Previous

“Azad edilmiş ərazilərdə 20 min seçici var və bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər”-MƏZAHİR PƏNAHOV – YENİLƏNİB – (1)

Read Next

General Məhərrəm Əliyev vəzifəsindən azad edildi-BELARUSA SƏFİR GÖNDƏRİLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir