“Bu, gənclərdə liderlik xüsusiyyətlərinin formalaşmasına kömək edəcək” – SONA ƏLİYEVA – FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi “Yay məktəbi” layihəsi öz işini uğurla davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, hər il olduğu kimi, bu il də “Yay məktəbi” ölkəmizin gözəl guşələrində olan Oğuz rayonunda təşkil olunub.

Hər il təşkil olunan “Yay məktəbi”ndə YAP-çı gənc fəallar Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminar keçir, fikir mübadiləsi aparırlar.

Bu gün keçirilən seminarda Milli Məclisin deputatları Sona Əliyeva Dilarə Cəbrayılova iştirak ediblər.

Çıxış edən deputatlar layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs ediblər.

Bildiriblər ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

sonna-2

sonna-3

sonna

sonna-1

sonna-4

Qeyd edilib ki, layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Etikxeber.az

Read Previous

“Mehriban Əliyeva mədəniyyətimizin dünyada tanıdılmasına töhfələr verib” – ANAR ƏLƏKBƏROV – FOTOLAR

Read Next

Şəkidə baş vermiş hadisə – PREZİDENTİN XÜSUSİ NƏZARƏTİNDƏDİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir