“Bu gecə oğlum-Fəxrim yuxuma girmişdi…Mənə dedi ki…”-ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN ANASI MEHPARƏ XANIM – ZABİTLƏR EVİNDƏ ŞƏHİDLƏ BAĞLI İZDİHAMLI ANIM TƏDBİRİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün, 16 dekabr tarixində Bərdənin (həm də Bakının Suraxanı rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək və nişanlı oğlu, anası tərəfindən təkbaşına böyüdülən, 3 medallı, MAXE Fəxri Qəribzadəyə həsr olunmuş anım tədbiri keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidin anası Mehparə Qəribova, Şəhidin tək bacısının qayınanası və dayısı arvadı Sona xanım, Bərdədən, Bakıdan, Kürdəmirdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, Zabitlər Evinin əməkdaşları iştirak ediblər.

Mərasim Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Şəhidin anası Mehparə xanım, Şəhid analarından Arzu xanım, Xanım ana, Radə xanım, Simuzər xanım, Məlahət xanım, Əzizə xanım və digər Şəhid ailələrinin üzvləri, Qazilər, hərbçilər, şairə Azadə Taleh Borcalı və basqa şəxslər çıxış ediblər.

Çıxış edənlər Şəhidin anasına və yaxınlarına bir daha başsağlığı verib, bir daha onlara Allahdan səbr diləyiblər, “Şəhidimizin, Fəxri Qəribzadnin ruhu şad olsun!”-deyiblər.

Şəhidin anası da öz növbəsində tədbirin təşkilatçılarına, Zabitlər Evinin rəhbərliyinə və mərasimə qatılan hər bir şəxsə minnətdarlığını, təşəkkürünü bildirib, belə bir gündə onun tək buraxmadıqları üçün mərasim iştirakçılarına razılığını ifadə edib.

O, eyni zamanda övladının keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs edib.

Təbdirə gəlməzdən saatlar öncə, gecə saatlarında övladının yuxusuna girdiyini söyləyib, gördüyü yuxunu danışışıb.

Qeyd edib ki, övladı ona artıq qara örpək örtməməyi, üstündə ilk dəfə, oktyabrın 3-də yaralanarkən qanına bulaşmış bayraq olan hərbi paltarını geyinməyi xahiş edib.

“Bundan sonra bu paltarı geyinəcəyəm, onu əynimdən çıxarmayacağam. Sizlərin də gözü önündə qara yaylığı oğulumun arzusu ilə başımdan çıxırarım”-deyə, o, əlavə edib.

Şəhid anasının sözləri hər kəsi göz yaşlarına boğub, mərasimdə çox təsirli, duyğulu anlar yaşanıb.

Çıxışlardan və təltiflərdən sonra tədbirin bədii hissəsi başlayıb, Şəhilərə, Vətənə həsr olunmuş mahnılar ifa edilib.

İzdihamlı tədbir iki saata yaxın davam edib.

13:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid ailəsi statusu almış və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraiti-YAXŞILAŞDIRILACAQ – FƏRMAN

Read Next

984 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir