Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır – POLİTOLOQ

“ABŞ və Rusiya baş qərargah rəislərinin Bakıdakı görüşü Ermənistanı pat vəziyyətinə salıb”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənilər də anlamırlar ki, bu cür mötəbər təmas üçün iki böyük dövlət niyə Azərbaycanın paytaxtını seçib? Dünən və bu gün Ermənistanın neçə saytına baxdım, bircəciyində generalların Bakı görüşü haqqında məlumat yoxdur” -deyən politoloqun sözlərinə görə,  bir tərəfdən paxıllıq hissi, digər tərəfdən Azərbaycanın bölgədə artan rolunu həzm edə bilmirlər:

“Rəsmi İrəvan ümid edirdi ki, ABŞ və Rusiya Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq üçün hərbi təzyiqinə qarşı sərt mövqe ortaya qoyacaqlar, onlar isə tam əksinə, Bakıya danışıqlar məkanı kimi etibar edirlər.

Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır”.

Etikxeber.az

Read Previous

Rəcəblinin qanunu bəyənildi – FOTOLAR

Read Next

“İki nəhəng dövlətin rəsmilərinin görüşünün Bakda reallaşmasından ancaq qürur hissi keçirmək olar” – MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir