Bu gözəlliyə ölüm heç yaraşmırdı-AZƏRBAYCAN JURNALİSTİKASI DAHA BİR PEŞƏKARINI İTİRDİ – KAMİL HƏMZƏOĞLU YAZDI

Bir az öncə çox ağır, çox üzücü, çox sarsıdıcı xəbər aldım…

Çox əziz və daha bir gözəl insanı itirdim…

Bacımın baldızının, bacım qədər xətrini çox istədiyim, sirdaşım, söhbətdaşım, həmkarım Afaqın acı və ağır ölüm xəbərini aldım…

Dünyam sanki bir daha başıma uçdu…

30 illik dostum, həmkarım, qohumum…

İki il idi ki, çox ağır xəstəliklə-xərçənglə mücadilə aparırdı…

Və kimsənin-heç özünün də ağlına gəlməzdi ki, bu qədər həyat dolu, şən, şux, pozitiv, zaman-zaman üzləşdiyi ağırılara, acılara mətanətlə, cəsarətlə sinə gərən Afaq bir gün belə bir xəstəliyə düçar, mübtəla olacaq…Heç kim gözləmirdi, heç kim…

Heyf səndən Afaq, çox heyf…Sənə bu xəstəlik, sənə bu ölüm yaraşmırdı…

Sən hələ yaşamalıydın, yaratmalıydın…Çox arzuların vardı…

40 ildən artıq jurnalistikaya, telejurnalistikaya şərəflə, ləyaqətlə, mənəviyyatla, peşəkarlıqla xidmət etdin…

AzTV-də milli-mənəvi dəyərlərimizlə, uşaqlarla bağlı gözəl verilişlər aparırdın…Hətta, uşaqlarla bağlı verilişlərinin bir neçəsində (1996-97-ci illərdə) mən də iştirak etmişdim-münsiflər heyətinin təmsilçisi kimi…Heyf ki, sənin də qədrini-qiymətini, dəyərini bilən olmadı…

Azərbaycan jurnalistikası daha bir peşəkarını, təmənnasızını itirdi…

Xəstə olduğuma görə, son nəfəsinə yetişəmməddim…Məni bağışla, bacım, həmkarım, dostum, sirdaşım….

Heyf səndən ay Afaq, çox heyf…

Məkanın nurlu olsun, bacım!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna-İANƏ ETDİ

Read Next

Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna-KÖÇÜRDÜLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir