Bu günə olan valyuta məzənnələrini açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 12 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Etikxeber.az-a verilən məlumata görə, oktyabrın 12-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 11-i ilə müqayisədə 0,12% azalaraq 1,5986 manat təşkil edib

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1% zəifləyərək 1,7663 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 11-i ilə müqayisədə 0,78% ucuzlaşaraq 0,0256 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,5189 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9652 manatdır. Beləliklə, funt sterlinq 0,36%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% ucuzlaşaraq 0,6803 manat təşkil edib.

Etikxeber.az

Read Previous

Avropada irqçilik, dözümsüzlük artır – FUAD ƏLƏSGƏROV

Read Next

Nazarbayevin Azərbaycana və Ermənistana səfərləri ilə bağlı korrektələr edilib – MƏTBUAT KATİBİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir