Bu gün 32 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ BARAT QULİYEV…

Beyləqan rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Barat Nizami oğlu Quliyevin doğum günüdür.

Barat Quliyevin bu gün 32 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Barat Quliyev 1991-ci ilin 22 dekabr tarixində, qış fəslinin ilk günündə-Beyləqan rayonunda dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri, həm də evin sonbeşiyi olub.

Beyləqan şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra, 2010-cu ildə Əsgərliyə, Vətənin keşiyinə yollanıb, 2012-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra evinə dönüb.

Amma sonra, 2014-cü ildən həyatını yenidən Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk saiyələrindən də döyüşlərə atılıb və sentyabrın 28-dən 29-na keçən gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 13 gün sonra, oktyabrın 11-də ailəsinə təhvil verilib və həmn gün Beyləqan rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda Beyləqan rayonunda adını daşıyan küçə var.

29 yaşında Şəhidlik məqamına ucalan Barat Quliyev həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakılı “Qrad Oktay” ləqəbli Birinci Qarabağ Savaşı Şəhidi Oktay Əliyevin Anım Günüdür-BU GÜN ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 30 il ÖTÜR…

Read Next

Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb-MN – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir