Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidi Niyət İmran oğlu Şirəliyevin doğum günüdür.
Niyət Şirəliyevin 9 fevral 2026-cı il tarixində 36 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Niyət Şirəliyev 1990-cı ilin 9 fevral tarixində Şamaxı rayonunun Ovçulu kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin beş övladından, dörd qardaşdan biri olub.

Tək bacısı və qardaşları ailəlidir.
1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.
Ali təhsilini bitirdikdən sonra, 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim vəTədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb.
2012-ci ildə “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
2014-cü ildə ona Baş leytenant hərbi rütbəsi verilib.
2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
2018-ci ildən Kapitan hərbi rütbəsi altında xidmətini davam etdirib.
2019-cu ildə Daşkəsəndə yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunub.
2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib.
İkinci Vətən Müharibəsinin ilk saniyəsindən Kəlbəcər və Murov istiqamətində döyüşlərdə iştirak edib və elə döyüşlərin ilk günündə də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb.
Nəşi yalnız 86 gündən sonra əldə edilib və 2020-ci ilin dekabrın 21-də Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Niyət həm də ailəli olub.
İki övladı Vətənə əmanət qalıb.
***


Bu gün digər Şamaxılı Şəhid Sirxan Xaməmməd oğlu Xaməmmədovun doğum günüdür.
Onun 28 yaşı tamam olur.
Qeyd edək ki, Şirxan Xaməmmədov 1998-ci ilin fevral ayının 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində dünyaya gəlib.
Evin-ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.
Böyük bacısının səhhətində problemlər var, anadangəlmə-əqli qüsurludur.
Kiçik bacısı isə orta məktəb şargididir.
2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra-2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini 2017-ci ildə başa vurub.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda MAXE kimi fəaliyyətə başlayıb, Naxçıvan Xüsusi Təyinatlılarından olub.
İkinci Vətən Müharibəsi zamanı isə şərəfli döyüş yolu 36 gün çəkib.
Noyabr ayının 2-də Daşaltı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 2 gün sonra-4 noyabr tarixində Məlikçobanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra beş medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
22 yaşında Şəhidlik məqamına ucalan Şirxan subay olub.
***
Bu gün həm də Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Tacir Fariz oğlu Cəfərovun doğum günüdür.
Fariz Cəfərovun bu gün 25 yaşı tamam olur.
O, 2001-ci ilin 9 fevral tarixində Goranboyun Qaraçinar kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailədə də 5 uşaq-3 qardaş, 2 bacı olublar.
Bir qardaşı və iki bacısı ailəlidir.
Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
Şərəfli döyüş yolu bir ay çəkib və oktyabr ayının 27-də Füzuli-Xocavənd istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra ailəsinə təhvil verilib və oktyabrın 29-da Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Tacir də subay idi.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





