Bu gün Ağdamlı Antiterror Şəhidi Elmin Qarayevin Cənnətdəki üçüncü doğum günüdür-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ-BƏRDƏLİ EMİN HÜSEYNOV VƏ ƏSLƏN ŞAMAXILI KAMAL MİRZƏLİYEVİN İSƏ ANIM GÜNLƏRİDİR…

Ağdam rayonunun Antiterror Şəhidlərindən olan Elmin Rafət oğlu Qarayevin doğum günüdür.

Ailənin dörd övladından, iki qardaşdan biri olan MAXE, Kiçik çavuş, İkinci Vətən Müharibəsi iştirakçısı, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Elmin Qarayevin bu gün-15 dekabr 2025-ci il tarixində 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 1999-cu ilin 15 dekabr tarixində Ağdamın Üçoğlan kəndində dünyaya gələn, 23 saatlıq Antiterror əməliyyatı zamanı-19 sentyabr 2023-cü il tarixində Ağdərə istiqamətində Şəhidlik zirvəsinə ucalan Elmin Qarayev Quzanlı qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Elmin həm də ailəli, bir övlad atası olub.

Bir övladı ailəsinə, Vətənə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

***

Bu gün həm də Bərdə rayonunun Mollaisalar kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, peşəkar hərbçi Emin Zakir oğlu Hüseynovun Anım Günüdür.

Bu gün Emin Hüseynovun Əbədiyyətə uğurlanmasından beş il keçir.

1992-ci ilin noyabr ayının 22-də dünyaya gələn Emin Hüseynov İkinci Vətən Müharibəsi zamanı-sentyabrın 29-da, 28 yaşında Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb 

Ancaq nəşi 2 ay 17 gündən sonra tapılıb, ailəsinə təhvil verilib 2020-ci ilin dekabr ayının 15-də Mollaisalar kənd qəbiristanlığında Əbədiyyə uğurlanıb.

Qeyd edək ki, Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də evin-ailənin üç övladından, üç qardaşdan biri və subay olub.

Nur içində yatsın!

***

Bu gün eyni zamanda, əslən Şamaxılı və nəşi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanan Kamal Əjdər oğlu Mirzəliyevin Anım Günüdür.

30 avqust 1996-cı il doğumlu və evin-ailənin tək oğlu olan Kamal Mirzəliyevin də torpağa tapşırılmasından beş il keçir.

Bir neçə medallı Kamal Mirzəliyev 2020-ci ilin 16 oktyabrında Suqovuşan-Ağdərə istiqamətində Şəhid olub və nəşi 59 gündən sonra, dekabr ayının 15-də Lökbatan Şəhidlər Xiyabanında dəfn olunub.

Kamal da Emin kimi subay olub.

Ruhu qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Abdin müəllimin və Abşeronu təmsil edən üç millət vəkilinin Şəhidin adını daşıyan küçəyə asfalt çəkilməsi məsələsini-HƏLL ETMƏK GÜCÜ YOXDURMU? BU MƏSƏLƏ SALEH MƏMMƏDOVUN GÜCÜ XARİCİNDƏDİRMİ?

Read Next

İlham Əliyev Amnistiya elan olunması təşəbbüsünü irəli sürdü-AMNİSTİYA AKTININ 20 MİNƏ YAXIN ŞƏXSƏ ŞAMİL EDİLƏCƏYİ GÖZLƏNİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir