Bu gün Anım Günü olan-CƏMİ 19 YAŞLI ŞƏMKİRLİ ANTİTERROR ŞƏHİDİ ƏHMƏD ZAMANLI… MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Şəmkirli Antiterror Şəhidi, 1 iyun 2004-cü il təvəllüdlü, ailənin üç övladından-iki qardaşdan biri, subay, atası Birinci Qarabağ Savaşı, qardaşı isə İkinci Vətən Müharibəsi iştirakçısı olan bir medal və bir ordenli Əhməd Azad oğlu Zamanlının Şəhidliyinin birinci ilində, Anım Günündə-20 sentyabr 2024-cü il tarixində məzarı ziyarət olunub.

Şəmkir rayonunun Könüllü kənd qəbiristanlığında uyuyan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Məktəblilər tərəfindən məzarı önündə şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə-Könüllü kəndində Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Etikxeber.az xəbər verir ki, Anım mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Tanınmış telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi tədbirdə-mərasimdə çıxışlar olunub, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər ifa edilib, musiqilər səsləndirilib.

Çıxışlarda tarixi 23 saatlıq Antiterror əməliyyatından, düşmən üzərində Qələbə və Zəfərimizdən söz açılıb, o cümlədənŞəhid Əhməd Zamanlının cəmi 19 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan danışılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Zaman-zaman kövrək, təsirli, duyğulu anlar yaşanıb.

Mərasim iştirakçıları, Şəhid ailələri göz yaşlarına hakim ola bilməyiblər.

Həmçinin, “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə Vasifqızının adından Şəhidin valideynlərinə və digər şəxslərə diplomlar təqdim olunub.

Mərasimdə eyni zamanda, xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, kənd sakinləri, Şəmkir, Tərtər və Goranboydan olan Şəhid ailələri, Qazilər, hərbçilər, Əhməd Zamanlının Əsgər və döyüş yoldaşları, İcra başçısı Rəşad Tağıyev başda olmaqla, Şəmkir rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri, müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər.

Nur içində yatsın!

***

FOTOLAR:

***

ŞƏHİDİN MƏZARINI ZİYARƏT VƏ SÖZÜN BİTDİYİ YER…

***

***

ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN AİLƏLƏR…DƏRD VƏ QÜRUR ORTAQLARI…

***

HƏRBÇİLƏR, QAZİLƏR, ŞƏHİDİN ETİBARLI, VƏTƏN SEVDALISI ƏSGƏR VƏ DÖYÜŞ YOLDAŞLARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qarabağ Universitetinin açılışıdır, bu açılış istənilən gündə ola bilərdi…Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir… Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir…”-AZƏRBAYCAN PREZİDENTİ QARABAĞ UNİVERSİTETİNİN AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Antiterror Şəhidləri-Devid Cəlilov, Qasim Məmmədhəsənov, Gökhan Səfərov, Tural Əliyev, Cavid Əliyev, Mirpaşa Mehdizadə…21 SENTYABR 2024-CÜ İL TARİXİNDƏ ANIM GÜNLƏRİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir