Bu gün Anım və doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ZAUR NUDİRƏLİYEV VƏ İKİ QIZ ATASI ƏHMƏD MAHMUDOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BEŞ İL KEÇİR, TƏK VƏ SUBAY OĞUL İLQAR RAMAZANLININ İSƏ 31 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Bakılı-Vətən Müharibəsi Qəhrəmanı, polkovnik, iki övlad atası Zaur İsmayıl oğlu Nudirəliyev və əslən Ağstafalı-MAXE Mahmud Fərman oğlu Əhmədovun Anım günləridir.

1 sentyabr 1978-ci il təvəllüdlü olan ali-hərbi təhsili Zaur Nudirəliyevin Anım Günü ilə bağlı bu gün-2 noyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

İkinci Vətən Müharibəsi zamanı 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhid olan və nəşi 2020-ci ilin noyabrın 2-də Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Şəhidin məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Anım məclisi düzənlənib, adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

***

2 avqust 1989-cu il doğumlu, ailənin dörd övladından, iki qardaşdan biri və iki qız atası olan Mahmud Əhmədovun Anım Günü ilə bağlı ailəsinin-həyat yoldaşı və övladlarının yaşadığı binada, Bakı şəhərində yerləşən Şəhid və Qazilər ailələri üçün binada Anım məclisi təşkil olunub.

Nəşi Ağstafa Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanan bir neçə medallı və bir ordenli Şəhidin Anım məclisində ruhuna dualar edilib, “Quran” oxunub, ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Sonra adına ehsan süfrəsi açılıb.

Anım məclisində ailə üzvləri, Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Şəhidin həyat yoldaşı Zəhra Əhmədova Şəhid qızıdır.

Ailənin tək qız övladı olan Zəhra xanımın atası İman kişi Birinci Qarabağ Savaşında Şəhid olub.

***

Bu gün eyni zamanda, əslən Qərbi Azərbaycanlı, özü isə Bakıdan, Yasamal rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi İlqar Etibar oğlu Ramazanlının Cənnətdəki beşinci doğum günüdür.

Evin-ailənin iki övladından biri, ailənin tək oğlu, tək bacının tək qardaşı, subay, atasını uşaqkən itirən, bir neçə medallı İlqar Etibar oğlu Ramazanlının Cənnətdəki beşinci doğum günündə, 31 yaşının tamamında-2 noyabr 2025-ci il tarixində, səhər saatlarında Əbədiyyətə uğurlandığı Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

2 noyabr 1994-cü ildə dünyaya gələn və 26 yaşının tamamından cəmi bir gün sonra-3 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində Şəhadətə ucalan, nəşi isə 5 noyabrda torpağa tapşırılan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Şəhidin məzarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Cənnətdəki beşinci doğum günü ilə bağlı məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Ailəsinə-anası Səbinə xanıma Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı məclisdə anası Səbinə xanım, tək bacısı, Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin-ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Yol Polisi yağışlı hava ilə bağlı sürücülərə-MÜRACİƏT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir